Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2014
10:00
720
Bakıda `London taksi` sürücüləri ayağa qalxdılar - VİDEO

“London taksiləri"ndə planın artırılması sürücüləri bu gün bir araya gətirib. Etirazlarını öz işlədikləri taksi parkının rəhbərliyinə aksiya şəklində çatdırmağa çalışan sürücülərin bir çoxu, işdən gedəcəklərini də deyir. Rəhbərlik isə qiymət artımını inkar edir. Onlar gündəlik planın hansı səbəbdən qaldırılmasını öyrənmək istəyirlər. “London taksiləri"nin 50-60 sürücüsü Binəqədidəki bazada rəhbərliyin keçirdiyi iclasda iştirak edib. Onlar gündəlik planın 28 AZN-dən 34 AZN-ə qaldırıldığı üçün etriaz ediblər. Rəhbərlik isə etarazın daha da geniş vüsət almaması üçün onları dinləməyi qərara alıb. İclası yarıda tərk edən sürücülərin bir qismi bu planın onların ziyanına olduğunu deyir. Çünki hazırkı planı verməkdə az çətinlik çəkmirlər.

Taksi sürücüsü Namiq Rzayev kimi digər sürücülər də iclasdakı fikirlərlə razılaşmır və planın qaldırılmasının taksilərin və onların yerləşdiyi bazanın təmiri xarakteri daşıdığını düşünürlər. 

Kimi bu şərtlərlə işləməyəcəyini, kimi də elə bu gündən etibarən açarları təhvil verib gedəcəyini deyirdi. Mövcud vəziyyətə etiraz edən sürücülərin aqibətinin necə olacağını öyrənmək üçün rəhbərliklə görüşməyə cəhd etdik. Amma idarənin məsul işçilərindən biri buna imkan verməsə də bildirdi ki, heç bir plan qaldırılmayıb, burdakı söhbət başqadır.

Bizə verilən cavab fərqli olsa da taksi sürücüləri və idarənin öz əməkdaşları narazılığın planın qaldırılması səbəbindən olduğunu deyirdilər. İsrarla "rəhbərliklə görüş mümkün deyil", deyən idarə işçiləri isə bizə ironiya ilə yaxşı yol deyib, arxamızca su atmağı da unutmadılar. 

Su aydınlıqdır, deyiblər. Hər halda bizim gördüyümüz iş aydındır, amma bu taksi sürücülərinə, elə çoxuna aydın olmayan məqamlar hələ də qalmaqdadır./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
44

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
307

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
141

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
126

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 23:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru