Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2014
17:27
Sarkisyan yenə hədələdi
"Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq"

"Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür".

ANS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə deyib.

Serj Sarkisyan daha sonra Azərbaycanı ittiham edib:

"Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq".

Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
salmanov behruz tərəfindən 10-08-2014 14:33:30 tarixində yazıldı
yene atdig boyun dalina
allah zalimlara lenet elesin yene hevesimizi sindirdilar yene arzumuz ureyimizde qaldi yene bu qeder qan yerde qaldi yene ermeniler qazandi Allah neceki menim icim yanir bu iwde eli olanlarin neslini yandir amin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 16:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com