Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2014
16:30
Hərbi attaşelərlə Müdafiə Nazirliyində TƏCİLİ TOPLANTI

Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib. Müdafiə Nazirliyindən FaktXəbər-in verdiyi məlumata görə, tədbirdə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı iştirak ediblər.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Nazirlik rəsmləri xarici dövlətlərin hərbi attaşelərini cəbhə xəttində atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə məlumatlandırıblar.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 11:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com