Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2014
12:44
Rusiyada azərbaycanlılar arasında dava: 1 ölü, 1 yaralı

Moskvada iki azərbaycanlı arasında birinin ölümü ilə nəticələnən qanlı hadisə baş verib. Moskva hüquq-mühafizə orqanlarından verilən məlumatda əvvəlcə Belovejsk küçəsində Şahverdiyev familiyalı 27 yaşlı azərbaycanlının çoxsaylı bıçaq zərbələri ilə öldürüldüyü barədə polisə məlumat daxil olub.

Polis qatili tapmaq üçün genişmiqyaslı axtarış əməliyyatlarına başlayıb. Daha sonra elə həmin küçədən daxil olan ikinci məlumatda 35 yaşlı azərbaycanlı Mirzəyev Ramin Paşa oğlunun odlu silahdan açılan atəşlə yaralandığı bildirilib. Polis xəstəxanaya aparılan yaralanı dindirərkən məlum olub ki, Şahverdiyevi bıçaqlayan da odur.

Araşdırma zamanı o da məlum olub ki, iki azərbaycanlı arasında dava baş verdiyi, dava zamanı Şahverdiyev Mirzəyevə tapançadan atəş açaraq onu çiynindən və boynundan yaralayıb, yaralı Mirzəyev bıçaqla rəqibinə hücum edərək ona çoxsaylı zərbələr vurub.

Mirzəyev ifadəsində bildirib ki, Şahverdiyevlə aralarında münaqişə biznes maraqları üstündə baş verib.lent.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 11:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com