Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2014
13:29
Tovuz sakini: `Güllə necə dəydi bilmədim`
"Atışma başlayanda dedim ki, gəlin gizlənək, deyəsən güclü atışma olacaq"

Ötən gün axşam saatlarından başlayaraq yenə də Əlibəyli kəndində atəş səsləri eşidilib. Yerli sakinlərin sözlərinə görə, bu dəfəki atışma son günlər ərazindəki atışmalardan şiddətli olub. Düşmən evləri, sakinləri hədəfə alıb. Nəticədə 2 mülki şəxs yaralanıb. Bunlar 52 yaşlı Anya Ələkbərova və 17 yaşlı Fərid Məmmədovdur. Qarın nahiyəsindən güllə yarası alan qadının vəziyyəti yaxşıdır.

Yaralanan Əlibəyli sakini Anya Ələkbərova həyətdə olarkən vurulduğunu deyib.

“Nəvələrimin ikisi də yanımda idi. Olardan birinin 5, digərinin 8 yaşı var. Atışma başlayanda dedim ki, gəlin gizlənək, deyəsən güclü atışma olacaq. Güllə nə vaxt mənə dəydi, bilmədim. Güllə qara ciyərimin üstündən dəyib”, deyə yaralı bildirib. 

Tovuz rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 17 yaşlı Fərid Məmmədov isə çənəsindən güllə yarası alıb, üzü pis hala düşüb. Onu təcili əməliyyat olunmaq üçün Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndəriblər. yaralı artıq əməliyyat edilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi verib. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
155

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru