Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2014
09:50
2004
Mirqədirovun vəkilləri şikayəti geri çəkir

Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov "Media forum" saytına açıqlama göndərib. O, iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin Rauf Mirqədirov barəsində həbs qətimkan tədbirini 4 ay müddətinə uzatdığını xatırladaraq yazır: "Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib və eyni zamanda məhkəmə iclasında çoxsaylı prosessual pozuntulara yol verilməsi ilə əlaqədar ətraflı yazılı qeydini Nəsimi Rayon Məhkəməsinə göndərib. Lakin Nəsimi Rayon Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 51.7-ci maddəsinin tələblərini pozaraq müdafiə tərəfinin yazılı qeydinə baxmadan və ona dair heç bir qərar qəbul etmədən işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Cinayət-Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclasının protokoluna dair yazılı qeydlərini verdiyi halda məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir".

Vəkil qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin Cinayət Kollegiyasının baxışından çıxarılmasını, işin müdafiə tərəfinin yazılı qeydinə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılmasını istəyəcəklər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 20:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com