Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2014
15:06
Bakıda yol polisi `taksini` belə sındırdı - Video

Paytaxtda yol polisinin sürücüyə qarşı davranışı yəqin bu mətni oxuyanları da dəhşətə gətirəcək. 2014-cü ildə Azərbaycanda yol polisi sürücünün əmlakını "uff" demədən para-para edir. Buna görə də heç bir etirazla qarşılaşmır. Görüntülər milli.az-ın əməkdaşının avtomobilindəki video-registratora düşüb.

Hadisə ötən gün axşam saat 18:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığında baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər.

Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki, inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaq ardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir. İnspektorlardan biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək gedir.

Burada kimdir günahkar? Polisin tələbinə əməl etməyərək yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı?

Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Şərhlər
Azeri tərəfindən 22-07-2014 15:02:02 tarixində yazıldı
Meydan
Elesine hele azdi. Polis ne etsin , 2-ci yolda dayanib, sur deyir surmur. Suruculuk medeniyyeti deyilen bir sey var.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru