
“Sovetski” sakinləri üçün inşa ediləcək bina “Ağ şəhər”in yaxınlığında olacaq. Bu barədə evləri plana düşən sakinlər məlumat veriblər. Onların sözlərinə görə, “Sovetski” ilə bağlı bir neçə tikinti şirkəti layihə hazırlayaraq hökumətə təqdim edib. Sakinlərə bildirilib ki, yaxın günlərdə Yasamal Rayon İcra Hakimiyyətində onlarla görüş keçiriləcək. Təklif kimi irəli sürülən layihələr müzakirə olunacaq.
“Sovetski” sakinlər qeyd etdilər ki, az kvadratlı mənzil sahiblərinə bina tikilməsi ilə bağlı xəbərlər yayılandan sonra kompensasiya üçün Köçürmə Komissiyasına müraciət edən olmayıb. Məlumat üçün bildirək ki, “Sovetski” sakinləri üçün bina inşa edən şirkətlərdən biri ötən həftə mətbuat konfransı keçirərək “Sovetskaya Kooperativi” layihəsini təqdim ediblər. Mətbuat konfransında bildirilib ki, yaşayış binası 16 mərtəbəli, 9 blok və hər blokda 90 mənzildən (ümumilikdə 810 mənzil) ibarət olacaq. Mənzilin bir kvadrat metri 380 manat təşkil edəcək. Bildirilib ki, binanın Ukrayna dairəsi, Gəncə prospektində inşa edilməsi nəzərdə tutulur.
Ümumi “Pay Fondu” yaradılacaq, sakinlərlə müqavilə imzalanacaq və 50 faiz ödəniş etdikdən sonra mənzil sahibinin adına sənədləşdiriləcək. Artıq layihənin hazırlıq dövrü bitib. Binanın tikintisinin 18 aya yekunlaşması nəzərdə tutulur. Mənzillər sakinlərə təmirsiz şəkildə təqdim olunacaq. Hələlik sakinlərdən ərizələr yığılır. Artıq binada mənzil almaq istəyən sakinlərin 50 faizdən çoxundan ərizə toplanıb. Ancaq Yasamal Rayon İcra Hakimiyyəti “DES Kosaltinq” şirkətinin fırıldağını ortaya çıxarıb. Belə ki, şirkət indidən sakinlərdən pul yığmağa başlayıb. Yasamal, Səbayel rayonlarının, eləcə də Bakı Şəhər Prokurorluğunun əməkdaşları “DES Konsaltinq”in ofisində araşdırmalar aparıblar. Şirkətin direktoru Nazim Səmədov öz əməlinə haqq qazandırmağa çalışıb. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də, onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sakinlər bildirdilər ki, Yasamal Rayon İcra Hakimiyyətində olarkən onlara deyilib ki, bina tikintisi ilə bağlı onlara təkcə “DES Konsaltinq” təklif və layihə təqdim etməyib. Bir neçə şirkətlə görüşlər başlayıb. “Sovetski” sakinlərinə tikiləcək bina Gəncə prospektinə uyğun olmadığından ola bilsin ki, bina “Ağ şəhər”in qonşuluğundakı boş ərazidə tikilsin. Sakinlər həmçinin təmirli evlər tələb etdiklərini vurğuladılar.
Xatırladaq ki, Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı isə 1950-yə çatıb. İndiyədək 1274 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1130 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürmə Komissiyanın son iclasında 78 mənzil sahibi ilə razılaşma protokolu imzalanıb.
Xatırladaq ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır./musavat.com

İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
19
Aprel- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi
- 19-04-2021 12:30 Azərbaycanda nə qədər insan taksidən istifadə edib?
- 19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
- 19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 19-04-2021 10:58 Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu
- 19-04-2021 09:19 Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir - FOTO
- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI
- 17-04-2021 10:20 Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
- 16-04-2021 16:29 Bağçalarda 2 milyonluq yeyinti məlumatları haqda - Rəsmi açıqlama
- 16-04-2021 16:21 Azərbaycandan deportasiya olunan əcnəbilərin sayı açıqlanıb
- 16-04-2021 16:06 MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı
- 16-04-2021 15:18 Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər varsa... - VİDEO
- 16-04-2021 14:54 Koronavirusdan qorunmaq üçün xüsusi qida yoxdur - Nazirlik
- 16-04-2021 14:50 Birinci dozadan sonra yoluxsaq, ikinciyə ehtiyac varmı?
- 16-04-2021 14:35 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 16-04-2021 12:55 2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub
- 16-04-2021 12:15 Bank kartlarından vəsait tutulması xəbərləri haqda - Rəsmi açıqlama
- 16-04-2021 11:58 Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO