
"Sovetski" sakinləri üçün Bakıda, Gəncə prospektində yeni bina tikiləcəyi ilə bağlı xəbər vermişdik. Yeni layihənin “Sovetski” sakinləri üçün nəzərdə tutulduğu üçün adı çəkilən ərazinin sakinləri ilə görüşdük. “Sovetski” sakinlərinin bir çoxu bu layihədən məmnun qalsa da, tikiləcək mənzillərin 1 kvadratmetrinin 380 manatdan satılması ilə barışmırlar.
“Bizə kvadratı 1500 manatdan verirlər. Mənim evimin sahəsi 20 kvadratdır, bu da 30 min pul eləyir. Yeni tikilən evdən mən bu pula neçə kvadrat alım ki, hələ təmir etdirib, içinə də köçüm. Bəs 9 nəfərlik ailə ilə hara gedim?” – deyən ağsaqqal əlavə etdi ki, evinin sahəsi az olanlar üçün layihənin də xeyiri yoxdur: “Şükür Allaha, pis yaşamırıq. İt damı da desələr, quş damı da desələr, özüm üçün yaşayıram. Burdan çıxmaq fikrim də yoxdur.”
Xəbəri eşidən xanım deyir ki, “oradan mənzil alsam da, təmirsiz necə orada yaşayım?” Adını deməyən bu xanım bildirir ki, əlavə gəliri də yoxdur evi alıb, sonra təmir etdirsin.
"Sovetsi"sakinlərinin bir qismi isə deyir ki, bina keyfiyyətli olsa, onları qane etsə, niyə də ev almasınlar: “Kvadratı 380 manatdan pis deyil, baxır onun necə tikiləcəyinə. Elə olmasın ki, sabah ora gedim, sonra qalım ortada.”
Qeyd edək ki, “Sovetsi" sakinləri üçün Bakıda, Gəncə prospektində yeni bina tikiləcək. Bina “T” şəklində olacaq. Binada 9 blok olacaq və hər blokda 6 mənzil yerləşəcək. Mənzillər "Sovetski" sakinlərinə 1 kvadrat metri 380 manatdan satılacaq. Bu bir sosial layihədir. Mənzillər təmirsiz təqdim ediləcək və sakinlər evlərə nəğd pul ödəməklə sahib ola biləcəklər. Mənzil sertifikatlarının verilməsi də nəzərdə tutulur.

Əl-Əqsa məscidi ətrafındakı qarşıdurmalarda onlarla fələstinli yaralanıb - VİDEO
23
Aprel
Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel- 23-04-2021 11:16 Polis reyd keçirdi: 44 sürücü cərimələndi
- 23-04-2021 10:35 Daha bir elektron dələduzluq faktı ifşa edildi
- 22-04-2021 18:04 Sağalanların sayı yoluxanları keçdi
- 22-04-2021 16:11 ETSN: "Havada müşahidə olunan toz lokal xarakter daşıyır"
- 22-04-2021 16:06 Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Nazirlikdən açıqlama
- 22-04-2021 15:25 Pərviz Abbasovla İmran Ağayev belə tutulub - VİDEO
- 22-04-2021 14:37 Suqovuşanda minalarının zərərsizləşdirilməsi anı - VİDEO
- 22-04-2021 14:26 Vaksinasiya ilə bağlı daha 2 nəfər işdən çıxarıldı
- 22-04-2021 13:45 Həbs edilən Pərviz Abbasovla İmran Ağayev kimdir? - Bioqrafiya
- 22-04-2021 13:30 Sabaha gözlənilən hava açıqlandı
- 22-04-2021 12:48 Selcuk Bayrakdar yeni hədəflərini açıqladı
- 22-04-2021 12:46 Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətdi - Rəsmi
- 22-04-2021 12:17 “Bravo” bu fotoya görə üzr istədi
- 22-04-2021 12:03 Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb
- 22-04-2021 11:58 Ermənilər Suqovuşanda daha çox plastik mina basdırıbmış
- 22-04-2021 11:31 Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi
- 22-04-2021 10:55 Azərbaycanlı akademik vəfat etdi - FOTO
- 22-04-2021 09:47 Zenit-raket bölmələrinin döyüş atışlı təlimi - VİDEO
- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi