Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2014
17:04
Nüvə silahından sonra dünyanın ən təhlükəli silahı - Smerç

9K58 "Smerç" (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ silahlı qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smertç qısa məsafəli raket sistemi olan FROG-7-ni əvəz etmişdir.

Texniki quruluşu

Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımıdr. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.

Smerç sistemi aşağıdakı raketlərdən istifadə edir:

  -  9M55F çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 70 km.
  -  9M27K 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Uçuş məsafəsi 70 km.
  -  9M27K1 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 70 km.
  -  9M27K4 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir.Uçuş məsafəsi 70 km.
  -  9M55K5 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir.Uçuş məsafəsi 70 km.
  -  9M55S çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 70 km.

1990-cı illərin əvvəlində təkmilləşdirilmiş 9A52M Smerç-M sistemi yaradılır. Bu sistem beş oxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Yeni sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilir. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə eidir və onun bu məsafədə vurma xətası 170 m həddində idi. 9A52M Smerç-M-də aşağıdakı raketlərdən istifadə edilir:

    9M528 çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 90 km.
    9M525 75 ədəd 9N210 parçalanan bobmalardan ibarətdir. Uçuş məsafəsi 90 km.
    9M526 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 90 km.
    9M527 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Uçuş məsafəsi 90 km.
    9M529 çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 90 km.
    9M530 75 kq partlayıcı maddəyə malik deşici mərmi başlıqlığından ibarətdir (Bunkerlərdə mübarizə aparmaq üçün). Uçuş məsafəsi 90 km.
    9M531 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir.Uçuş məsafəsi 90 km.
    9M534 R-90 modelli kəşfiyyat uçuş aparatından ibarətdir. bu döyüşün aparılması və kəşfiyyat üçün tətbiq edilir. Uçuş məsafəsi 90 km.

Üstün cəhətləri

Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd Smerçdən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.

Çatışmayan cəhətləri

Baha olması (bir ədədin qiyməti 12 milyon dollardır) və lokal konfliktlərdə tətbiqinin çətin olmasıdır.
İstifadə olunduğu ölkələr

    Əlcəzair: 18 sistem sifariş edilib 1999.
    Azərbaycan: 30 (12-ədəd 9A52 və 18-ədəd 9K58)
    Çin: Sayı məlum deyilç rusiya lisenziyasına əsasən A-100 adı altında istehsal olunur.
    Hindistan: 38 sistem 2008 ildə göndəriləcək. Sonra daha 24 sistemin göndərilməsi nəzərədə tutulur 2010.
    Küveyt: 27 sistem 1996-cı ildən istifadədədir.
    Rusiya: 106 sistem aktiv xidmətdə, yerdə qalanları isə ehtiyatdadır.
    Türkmənistan: 6 sistem sifariş edilib 2008
    Birləşmiş Ərəb Əmirlikləri: 18
    Ukrayna: 94
    Belarus: 48

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48166

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46212

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47861

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47456

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53044

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47099

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47505
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 19:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru