Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2014
09:32
Hökumətin `Sovetski` planında yenilik

Bakının “Sovetski” məhəlləsində etirazlar səngiyib. İlk günlərdə keçirilən izdihamlı mitinqlərin ardınca hökumət rəsmiləri ilə aparılan dialoq aksiyaların dayanmasına səbəb olub. Əhaliyə təklif edilən kompensasiyaların məbləği mənzilin hər kvadratmetri üçün 1500 manatdan o yana keçməyib.

Camaat isə mənzilin hər kvadratına görə kompensasiyanın məbləğinin 2500-3500 manatdan hesablanmasını tələb edirdi. Artıq aksiyalar dayanıb, bu tələb arxa plana keçib, təyin olunan 1500 manat isə dəyişməyib. Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) son məlumatında qeyd olunur ki, bu günə qədər 674 razılaşma protokolu əldə edilib, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb, 56 mənzil isə sökülüb.

Başqa bir məlumatda isə deyilir ki, “Sovetski”də mənzili 12-14 kvadratmetr olanlar üçün şəhərdən aralıda yeni evlər tikiləcək. Yerli sakinlərin arasında gəzən söz-söhbətə görə, metronun “Koroğlu” stansiyası ətrafında tikilən binalarda onlara evlər verilə bilər. Yasamal Rayon İcra Hakimiyyətində yaradılan komissiya bununla bağlı Nazirlər Kabineti ilə müzakirələr aparacaq.

Həmin müzakirələrin mayın 15-nə kimi başa çatacağı gözlənilir. Verilən qərara əsasən isə “Sovetski”də mənzilləri 20 kvadratmetrdən az olan vətəndaşlara yeni evlər veriləcək. Mənzilinin kvadratmetri bundan çox olan evlərin sahibləri isə 1500 manatdan pullarını alacaqlar.  

Ancaq bu, inandırıcı görünmür. Sakinlərin sözlərinə görə, tək-tük adamlar evlərindən çıxmağa razılıq veriblər. Onlar da torpaq alıb ev tikmək istəyənlərdir. Kütləvi şəkildə köç yoxdur.

Yasamal rayonundan deputat olan Ülvi Quliyev son vəziyyət haqda “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, təzminatın dəyərində heç bir dəyişiklik olmayıb.

Deputatın sözlərinə görə, köçmək istəyənlərin sayı çoxdur və onun özünə də saysız-hesabsız müraciətlər var: “Həmçinin komissiyaya müraciətlər olur. Bütün bu müraciətləri qısa müddətdə həll etmək çətindir. Müraciət edənlər onlara 1500 manatdan kompensasiya verilməsi ilə razılaşıblar və könüllü şəkildə köçmək istəyirlər. Hazırda proses gedir və müraciətlərə baxılır”.

Deputat köçmək istəməyənlərin olduğunu da söylədi: “Kim köçmək istəmirsə və kompensasiyanın məbləği ilə razılaşmırsa, heç bir məcburiyyət yoxdur, öz mənzillərində yaşayırlar. Hamının razı salınması üçün çalışırıq”.

Ü.Quliyev az kvadratlı mülk sahiblərinə şəhərdən kənarda evlərin tikilməsi planının olmadığını dedi: “Hələlik belə məsələ yoxdur. Kvadratı az olanlar üçün kompensasiyaların artırılması da  nəzərdə tutulmayıb. Sadəcə, onların sənədsiz tikilmiş mülkləri, tikililəri də hesablanır, təzminat ödənilir. Bu da müsbət cəhətdir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
70

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
161

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
140

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
420

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 21:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru