Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2014
12:57
2553
Məktəblərdə `Qarabağın tarixi` dərsi keçiriləcək

"Yeni tədris ilindən başlayaraq məktəblərdə "Qarabağın tarixi" adlı fakultətiv dərslər keçiriləcək. Bunun üçün vəsait ayrılıb, materiallar hazırlanır". Bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib. O vurğulayıb ki, fakultətiv dedikdə sinifdən xaric oxu nəzərdə tutulur.

C.Valehov bildirib ki, nazirliyin daha bir yeniliyi isə şagirdlərin məktəbəqədər hazırlığı ilə bağlıdır. Belə ki, nazirlik şagirdlərin məktəbəqədər hazırlığı üçün QHT-lərlə birgə pilot layihədir və hələ ki, proqram hazırlanıb".

Nazirlik rəsmisi əlavə edib ki, təhsil naziri Mikayıl Cabbarov ilk dəfə olaraq ilk peşə ixtisas təhsil məktəbləri üçün maşın və avadanlıqlar alıb: "Bunlar kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulan maşın və avadanlıqlardır. Onlar məktəblərə sabah təqdim olunacaq".AzVision

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru