Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2014
12:52
Məhərrəm Zülfüqarlı: ”İslahat olmadan orta məktəblərin universitetə birləşdirilməsinin nə mənası var? Bu bir növ köhnə maşına yeni sürücünün gətirilməsi kimidir”

“Səsləndirilən fikirlər yeni deyil və əvvəllər də bu barədə açıqlamalar verirdilər. Lakin bu cür proses kütləvi ola bilməz. Ona görə ki, Azərbaycandakı orta məktəblərlə ali təhsil ocaqlarının sayı arasında ciddi şəkildə fərq var. Hətta adi MDB ölkələri ilə müqayisədə belə, göstərici həddən artıq aşağıdır.” 

 

Bu sözləri FaktXeber.com-a tanınmış alim və ictimai xadim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı təhsil nazirinin müavini Ceyhun Bayramovun orta ümumtəhsil peşə və orta ixtisas məktəblərinin ali məktəblərlə birləşdirilməsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib. 

 

Müsahibin sözlərinə görə, bütün bunlarla yanaşı təhsilimizin köklü islahatlara ehtiyacı var: “Çox təəssüf ki, yeni nazir və nazirlikdəki səlahiyyətlərinin heç biri bu barədə danışmaq istəmirlər. Baş tutacaq islahatların ən mühüm faktoru budur ki, ilk öncə müəllimlərin maaşları artırılmalıdır. İslahat olmadan orta məktəblərin universitetə birləşdirilməsinin nə mənası var? Bu bir növ köhnə maşına yeni sürücünün gətirilməsi kimidir.”

 

Məhərrəm bəy onu da bildirdi ki, son illər orta məktəblərdə əldə edilən irəliləyişlər əslində orta təhsil ocaqların fəaliyyətinin nəticəsi yox, valideynlərin repetitora xərclədiyi pulların nəticəsidir: ” Ona görə də elə etmək lazımdır ki, orta təhsil məktəbini qurtaran tələbələr hər hansı bir müəllim yanına getmədən ali məktəbə getsin. Bu cür problemlərin həllinə çalışmaqdansa, təhsil ocaqlarının bir-birilərinə birləşdirilməsini qabardırlar.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18880

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17522

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18402

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23971

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18421

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 21:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru