Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
14:24
2082
Bakıda qadına qarşı xuliqanlıq edən gənc saxlanıldı

Sosial şəbəkədə gənc qızla tanış olan gənc oğlan polisə düşüb. Xətai rayonunda 26 yaşlı paytaxt sakini Məlikov Fuad Elçin oğlunun saxlanılmasına səbəb törətdiyi xuliqanlıq hərəkəti olub. Fuadın sözlərinə görə, təxminən bir ilə yaxındır ki, əvvəl tanıdığı bir xanımla tez-tez sosial şəbəkə vasitəsilə danışırmış. Əvvəllər hər şey yolunda getsə də, sonradan gənc qızla münasibətləri korlanıb. Bu soyuqluğun səbəbini öyrənməyə çalışan Fuad xanımla yenidən virtual söhbət edib. Amma bu dəfə xanım onun ünvanına nalayiq ifadələr işlədib. Fuad isə bu sözləri həzm edə bilməyib. Bundan sonra məsələyə aydınlıq gətirməyə çalışan gənc oğlan xanımın iş yerinə üz tutub. Burada isə onu həmin qızın rəfiqəsi qarşılayıb.

F. Məlikovun sözlərinə görə, qız onu vurub. "Gördüm ya onu vurmalıyam, ya da bayıra çıxamalıyan. Mən də çölə çıxdım. Bircə burnuna cızıq düşdü. Çünki dırnağım var idi".

Onun əslində adını açıqlamaq istəmədiyi, xanımı vurub-vurmadığı isə aparılan araşdırmalardan sonra məlum olacaq. Bunu isə zaman göstərəcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com