Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
13:02
1836
Əkin sahələrinə daraşan çəyirtkələrin qarşısını qabaqcadan almaq mümkün imiş
Vahid Məhərrəmov: “Bir neçə müddətdir ki, bu barədə mətbuat və televiziya vasitəsilə aidiyyəti qurumlara xəbərdarlıq etmişdik”

Xəbər verdiyimi kimi Sabirabad, Saatlı, İmişli və digər rayonlarda yerləşən əkin sahələrinə "Mərakeş çəyirtkələri" daraşıb. Bu cür hallar artıq neçənci ildir ki, analoji olaraq baş verir. Lakin maraqlı olan budur ki, problemin hər il baş verməsi əvvəlcədən bilindiyi halda, nəyə görə aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülmür? Ümumiyyətlə əkin sahələrinə zərərli həşəratların daraşmasının qarşısını əvvəlcədən almaq mümkündürmü?  Suallarımızla bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət etdik. FaktXeber.com-a açıqlama verən ekspert bildirdi ki, problemin qarşısını əvvəlcən almaq mümkündür. 

Bir neçə müddətdir ki, bu barədə mətbuat və televiziya vasitəsilə aidiyyəti qurumlara xəbərdarlıq etdiklərini söyləyən ekspert, “biz xəbərdarlığımızda bildirmişdik ki, çəyirtkələrə qarşı əvvəlcədən ciddi mübarizə aparılmalıdır. Bunun qarşısını kimyəvi və zəhərli maddələrdən istifadə etməklə almaq mümkün idi. Eyni halda digər bir üsul bioloji üsul idi ki, xüsusi quşların əkin sahələrinə cəlb edilməsi ilə həyata keçirilir: ”Digər mübarizə tədbirləri isə mexaniki vasitələrlə həyata keçirilir. Təəssüflər olsun ki, bu sahədə elə də ciddi işlər görülmür. Apardığımız müşahidələr bunu deməyə əsas verir. Hər dəfə sözügedən zərərvericilərin yalnız yayılması barədə məlumatlar verirlər. Ancaq iş görməyə gəldikdə isə heç nə edilmir. Halbuki problemin qarşısını əvvəlcədən almaq mümkündür.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru