Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Türkiyədə keçirilən son bələdiyyə seçkilərində Ərdoğanın inamlı qələbəsindən sonra onun növbəti mərhələdə Türkiyənin prezidenti olacağına dair mövzular qardaş ölkənin gündəm mövzularından birinə çevrilib. Lakin bu prosesin hansı formada baş tutacağı ilə bağlı isə müxtəlif fikirlər səsləndirilir.
Lakin maraqlı olan mövcud reallığı nəzərə alaraq Ərdoğan hansı formada prezident olmağa çalışacaq? Bu proses konstitusiyanı dəyişməklə baş tutacaq, yoxsa Ərdoğan mövcud Türkiyə qanunlarının prezidentə verdiyi səlahiyyətlərlə kifayətlənəcək? FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki,
Ərdoğan bələdiyyə seçkisində məğlub olsaydı və ya səslərini xeyli itirsəydi, o prezident olmaq istəklərini arxa plana atacaqdı. Ancaq o bələdiyyə seçkilərində böyük qələbə əldə etdi: “Ona görə də, Ərdoğanın prezident olmaq istəyi və şansı artıb. Məncə, o indiki prezident Abdulla Gülü geri addım atmağa və hakim partiyadan özünün prezidentliyə namizəd olacağına razı salacaq. Əslində bələdiyyə seçkisindəki qələbədən sonra bu onun hüququdur”.
Elxan bəy onu da bildirdi ki, Ərdoğanı prezidentin indiki səlahiyyətləri qane etməyəcək: “O Konstitusiya dəyişikliklərinə gedərək, səlahiyyətləri artırılmış dövlət başçısı olmaq istəyəcək. Fransa modeli götürülə bilər, yəni hakimiyyət prezidentlə parlament arasında bərabər bölüşdürülə bilər.”
“Ərdoğanın prezident seçilməsi Türkiyənin xarici və daxili siyasətində hansısa dəyişikliklərə səbəb ola bilər”, - sualını da cavablandıran ekspert, bunları söylədi:
“Ərdoğan prezident seçilərsə, onun daxili və xarici siyasətində ciddi yenilik edəcəyini gözləmirəm. İnsanın xarakteri necədirsə, o qısa müddətdə dəyişə bilməz. Buna baxmayaraq, prezidentlik vəzifəsi baş nazir vəzifəsindən fərqlənir. Prezident ölkə daxilində özü ilə siyasi qüvvələr arasında bərabər məsafə qoymalıdır. Məsələn, Ərdoğan hazırda baş nazir olaraq müxalifəti köşəyə sıxışdırır, onları sərt dildə tənqid edir. Ancaq prezident kreslosunda bunları etməmək lazımdır. Çünki, prezident dövləti təmsil edir. Bilmirəm, Ərdoğan rəqibləri ilə savaşmaq siyasətinə və xarakterinə son qoyacaq, ya yox, ancaq indiki üslubunu prezident kürsüsündə də davam etdirərsə, bu Türkiyənin imicinə xələl gətirə bilər.”
- 20-04-2018 16:29 Rövşən Əhmədli: Ermənistan Rusiyadan xilas olmaq gücündə deyil
- 20-04-2018 15:30 Elçin Şıxlı: Dünyaya özümüzü vəhşi kimi çatdırdıq
- 19-04-2018 21:01 Azərbaycan XİN-dən İsrail səfirliyində baş verən özbaşınalıqla bağlı rəsmi açıqlama
- 14-04-2018 14:37 Azərbaycanda boşanmaların 5 dəfə artdığı açıqlandı
- 14-04-2018 11:53 Bu sahədə əmək haqları artırılacaq
- 11-04-2018 12:11 Rəsmi Bakıdan Yerevana CAVAB
- 10-04-2018 12:36 Mərkəzi Bank interval məzənnəyə üstünlük verməlidir
- 09-04-2018 19:04 Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağa nə verəcək?
- 06-04-2018 16:50 Müttəfiqi Cəlaloğlunu dəstəkləmədi
- 06-04-2018 09:58 Sosial ev almaq istəyənlərin NƏZƏRİNƏ - AÇIQLAMA
- 05-04-2018 16:52 Ölkədə spirtli içkilər məhdudlaşdırılsın - TƏKLİF
- 05-04-2018 16:24 Rusiyanın Xəzər donanması boru xəttinə qarşıdır
- 05-04-2018 16:07 Azərbaycanda yerli SOSİAL ŞƏBƏKƏ - REALDIRMI?
- 04-04-2018 18:26 “Qarabağın və xalqımızın xilası yalnız milli vəhdətlə mümkün olacaq” – Mövsüm Səmədov
- 02-04-2018 12:54 Akif Nağı Hindistan səfirliyindən cavab tələb etdi
- 30-03-2018 11:04 "Qarşılarına kim çıxır söyürlər…" - Əflatun Amaşov
- 29-03-2018 10:18 Bir-birinin çıxışını təkzib edən prezidentliyə namizədlərin 6-cı debatı - VİDEO
- 29-03-2018 09:42 Musa Quliyev: Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib
- 28-03-2018 12:33 Paşazadə: Mən nəzir qutularına nəzarət etmirəm
- 28-03-2018 12:14 Əli Həsənov: Hafiz Hacıyevdən xahiş etdim ki...
- 15-03-2018 16:10 Politoloq: Cəbhədəki vəziyyət tufanqabağı sakitlikdir
- 15-03-2018 11:29 Nazirdən işsizlik sığortası haqqında mühüm açıqlama - VİDEO
- 14-03-2018 14:31 İngiltərədə dünyanı narahat edən addım: MƏSCİD PARTLATMAĞA 1000 BAL!
- 10-03-2018 11:00 Facebook-dakı testlər TƏHLÜKƏLİDİR?..
- 06-03-2018 11:34 UNİCEF İraq və Suriyadakı azərbaycanlı uşaqlarla bağlı kömək təklif etdi

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
21-04-2018 19:31
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]