Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
12:13
2795
Cavad Cavadov: “Əgər istintaq orqanı şəxsi tutub sonradan sübutlar toplayırsa, bu əlavə özbaşınalığa yol açacaq bir praktikadır. Belə bir vəziyyətdə əlbəttə ki, 48 saat bəs etməyəcək”

Milli Məclisin son iclasında Cinayət Prosessual Məcəllənin bir neçə maddəsinə dəyişikliklik edilib. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması ilə bağlı CPM-ə əlavə olunmuş 148.6 və 148.7-ci maddəyə əsasən sülh və insanlıq əleyhinə,  həyat və sağlamlıq əleyhinə,  İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə, ictimai təhlükəsizlik əleyhinə, dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə aid olan bir sıra maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən şəxslərin saxlama müddəti 48 saatdan 96 saatadək artırıla bilər. Bunun üçün müstəntiqin əsaslandırılmış vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmə qərar çıxara bilər.

Cinayət Prosessual Məcəlləyə edilən yeni dəyişikliklərlə bağlı FaktXeber.com-a açıqlama verən vəkil Cavad Cavadov bildirdi ki, 2000-ci ilin sentyabr ayına qədər şübhəli şəxslərin saxlanma müddəti 72 saat idi. Lakin sonradan edilən dəyişikliklər nəticəsində CPM-də bu göstərici 48 saata salındı: “Hesab edirəm ki, şübhəli şəxsin saxlanma müddətinin 48 saat olması kifayət qədər normal bir göstərici idi. Əgər istintaq orqanının əlində kifayət qədər sübutlar varsa, təbii ki, bu müddət ona kifayət edəcək. Əgər istintaq orqanı şəxsi tutub sonradan sübutlar toplayırsa, bu əlavə özbaşınalığa yol açacaq bir praktikadır. Belə bir vəziyyətdə əlbəttə ki, 48 saat bəs etməyəcək.”

48 saatlıq müddətin istintaq orqanını öz işində daha da məsuliyyət olmağa məcbur etdiyini söyləyən Cavad bəy, “hesab edirəm ki, ölkədə insan azadlıqlarının kütləvi şəkildə pozulduğu dövrdə belə bir dəyişikliyin edilməsi, insan haqları sahəsindəki problemi daha da pisləşdirəcək. Bəzi dövlət nümayəndələri bildirirlər ki, eyni məsələ dünyanın inkişaf ölkələrində də var. Lakin onlar başa düşmürlər ki, həmin ölkələrdə bununla yanaşı qanunun aliliyinə ən yüksək formada əməl edilir”, - deyə bildirdi:

“Əslində belə müqayisənin aparılması gülməlidir. Praktika göstərir ki, istintaq orqanı qısa bir zaman ərzində istənilən cinayətlə bağlı faktları və sübutları toplaya bilir. Ona görə saxlanma müddətinin 48 saatdan 96 saata uzadılması məsuliyyətsizliyə yol açacaq.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru