Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
11:36
1796
Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a gedəcək

FaktXəbər-in verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfərə hazırlaşır. Aprelin 29-30-da Vaşinqtonda keçiriləcək tədbir "ABŞ - Azərbaycan Konvensiyası: Gələcəyə Baxış" mövzusunda olacaq.

Azərbaycandakı dini konfenssiya rəhbərlərinin Provoslav icmanın rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yahudiləri icmasının başçısı Melih Yevdayev və Katolik icmanın ordinarisi Vladimir Fekerenin daxil olduğü nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sesiyasında iştirak edəcək.

Sesiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 20:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com