Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2014
11:33
Vurğun Əyyub: “Düşünürəm ki, təhsil naziri Mikayıl Cabbarov sovet təhsil sisteminin təsirindən çıxa bilməyib, hətta deyərdim ki, çıxmaq niyyəti də yoxdur. Hər şeyin köhnə formada davam etməsində maraqlı görsənir”

”Təhsil naziri Mikayıl Cabbarovun 1 il fəaliyyətini dəyərləndirmək üçün ilk öncə verilən qərarları və sərəncamları araşdırmaq lazımdır. Bir təhsil naziri üçün 1 il kifayət qədər böyük bir müddətdir. Lakin bu müddət ərzində Azərbaycan təhsilində yeni nazirin hər hansı bir rolunu görmədik.”  

Bu sözləri FaktXeber.com-a təhsil eksperti Vurğun Əyyub ötən ilin aprel ayında Misir Mərdanovun istefaya göndərilməsindən sonra təhsil naziri postuna gətirilən Mikayıl Cabbarovun 1 illik fəaliyyətini dəyərləndirərkən söyləyib. 

Müsahibin sözlərinə görə, ötən 1 il yalnız hay-küylü sərəncamlarla yadda qaldı və bir neçə kadr dəyişiklikləri baş verdi: “Ölkə mediası isə kadr dəyişikliyini kadr islahatı kimi təqdim etməyə çalışdı. Hərçənd ki, kimlərisə vəzifədən çıxararaq yerinə başqa birisinin təyin edilməsini kadr islahatı adlandırmaq mümkün deyil. Düşünürəm ki, təhsil naziri Mikayıl Cabbarov sovet təhsil sisteminin təsirindən çıxa bilməyib, hətta deyərdim ki, çıxmaq niyyəti də yoxdur. Hər şeyin köhnə formada davam etməsində maraqlı görsənir.” 

Mikayıl Cabbarovun 1 illik fəaliyyəti ilə bağlı müsbət tərəflərin də deyilməsinin zəruri olduğunu söyləyən ekspert, “köklü olmasa da təhsil sahəsindəki rüşvətxorluğa qarşı hansısa addımlar atılıb. Lakin bunlar məsələnin köklü həlli deyil. Təhsildə köklü islahatlara ehtiyac vardır ki, bu yalnız nazirlikdən asılı bir məsələ deyil. Burada hakimiyyətin ciddi iradəsi lazımdır.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 14:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com