Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2014
12:40
589
Piyadanı vurub qaçan vəsiqəsiz sürücü tutuldu

Paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.

Belə ki, aprelin 12-də saat 16 radələrində rayonun Maştağa qəsəbəsində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Kərimov Yaqub Rauf oğunu vurub hadisə yerindən qaçması və sonuncunun ağır xəsarət alması faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXəbər-ə verdiyi məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin sürücülük vəsiqəsi olmadan «Renault-Tondar» markalı «99-GB-456» dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Həsənov Taleh Məzahir oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhə yarandığından, o, aprelin 13-də tutularaq istintaqa cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan zərərçəkmiş Y.Kərimovun xəstəxanada ölməsi faktına görə cinayət işi həmin Məcəllənin 263-1.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
37

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
276

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
124

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
120

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 20:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru