Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2014
17:10
`İlham Əliyevin İran səfəri çox vacib və vaxtında atılmış addımdır`
Sərdar Cəlaloğlu: “Biz bu səfərə həm də geopolitik nəzərdən yanaşa bilərik”

“Bildiyiniz kimi, Ukrayna və Rusiya arasında böhran əmələ yaranıb. Bu böhran Rusiya ilə qonşu olan ölkələrə də təsir edir. Eyni zamanda İranla Avropa arasında münasibətlərin isinməsi də hiss olunur. İlham Əliyevin səfərinə bu iki amildən baxmalıyıq.”

Bu sözləri FaktXeber.com-a ADP sədri Sərdar Cəlaloğlu ölkə başçısı İlham Əliyevin İran səfəri ilə bağlı açıqlama verərkən qeyd edib. 

Sərdar bəyin sözlərinə görə, Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsinə və qaza olan tələbata görə Avropa üçün İranın əhəmiyyəti artıb: “Digər tərəfdən Rusiyanın cənub bölgəsində müəyyən hərbi güc nümayiş etdirməsi  və Xəzərdə hərbi manevrlərin həyata keçirilməsi barədə şayiələr gəzir. Üçüncüsü isə İranla Azərbaycanın qonşuluq əlaqələri mövcuddur və iki ölkə arasında müəyyən problemlər var. Həm də bu problemlərin həlli baxımından ölkə başçısının səfəri əhəmiyyətlidir. Biz bu səfərə həm də geopolitik nəzərdən yanaşa bilərik.”

Sərdar bəy onu da bildirdi ki, Avropanın İrana yaxınlaşmasında Azərbaycanın vasitəçi rol oynaması da mümkündür: “Görüş zamanı mümkündür ki, Rusiyanın Azərbaycana təzyiqləri, Xəzər dənizində hegemonluq etməsi və islamçıların həbsi ilə bağlı məsələlər görüşün müzakirə mövzusu ola bilər. Səfərin nəticəsindən asılı olmayaraq, İranla Azərbaycan qonşu və müsəlman ölkəsidir. Bu səbəbdən bu səfəri çox vacib və vaxtında atılmış addım kimi qiymətləndirirəm.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 23:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru