Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Aprel

2014
22:23
1756
NATO Rusiya ilə əməkdaşlığı dayandırıb

Brüsseldə NATO üzvü ölkələrin xarici işlər nazirlərinin iki günlük müşavirəsi alyans iştirakçılarına Şərqi Avropada kollektiv müdafiəni genişləndirmək təklifi ilə başladı. Buna səbəb Ukraynada, xüsusən Krım ətrafında yaranan gərgin situasiyadır. 

NATO baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, hazırda alyans kollektiv müdafiənin genişləndirilməsi üçün bütün mümkün tətbirləri nəzərdən keçirir. 

Rasmussen həmçinin NATO-nun Rusiya ilə münasibətlərə yenidən baxdığını xatırladıb. «Biz artıq praktik əməkdaşlığı dayandırmaq qərarı vermişik. Xarici işlər nazirlərinin bu addımı təsdiqləyəcəyini gözləyirəm», - deyə o qeyd edib. Toplantı iştirakçıları Ukraynadakı böhranla əlaqədar olaraq «Rusiya ilə hərbi və mülki praktik əməkdaşlığın» dayandırılması ilə bağlı bəyanat qəbul ediblər. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 17:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru