Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
22:15
Ayaz Mütəllibov Mirşahinin ona böhtan atdığını deyir

"Azərbaycanın Krım böhranında tutduğu mövqe bu məntiqdən irəli gəlir ki, Azərbaycan BMT nizamnaməsinə uyğun olaraq quruma üzv olan ölkələrin sərhədlərinin toxunulmazlığı prinsipini pozan məsələləri dəstəkləyə bilməz. Bu postulat heç bir halda xalqın öz müqəddəratını təyin etmək hüququ ilə pozula bilməz. Xalqın öz müqəddəratını təyin etmək hüququna hər bir konkret halda BMT-nin üzvü olan dövlətin hüdudları çərçivəsində baxıla bilər."

Bunu açıqlamasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirib.

Eks-prezident ötən bazar ANS-in "Hesabat" proqramında Mirşahinin onun ünvanına səsləndirdiyi atmacaya isə cavab verməyi artıq hesab edir:

"Mənim barəmdə Mirşahinin söylədikləri əsassız fikirlərə gəldikdə isə deyə bilərəm ki, o bu dəfə də öz qəribəliyini nümayiş etdirdi. Çünki Mirşahin özünün belə inanmadığı  fikirləri səsləndirir. Ona görə də mən böhtan xarakterli fikirləri şərh etmək istəmirəm."/Moderator

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com