Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
22:07
1469
Qaradağdakı sürücü qiyamının təfərrüatı məlum oldu
Yol polisinin dur əmrinə tabe olmayan sürücü Qobustandan Lökbatana kimi uzun tıxacın yaranmasına səbəb olub

“85 saylı Yolistismarı” idarəsinin nəzarət şöbəsini rəisi Rəsul Hümbətov “Yeni Müsavat”a danışdı : “Sürücü polis əməkdaşlarını təhqir etməklə yanaşı...”

Martın 13-ü axşam saatlarında Qaradağ rayonunda yük maşını sürücüləri ilə bağlı baş verən insidentin Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur. Bunu “Yeni Müsavat”a açıqlamasında  “85 saylı Yolistismarı” MMC-nin nəzarət şöbəsini rəisi Rəsul Hümbətov deyib. Onun sözlərinə görə, bəzi xəbər saytları faktı araşdırmadan olayın yük maşını sürücüsü ilə Nəqliyyat Nazirliyinin əməkdaşları arasında baş verdiyini yazıb: “Həmin yük maşınının sürücü Dövlət Yol Polisi  əməkdaşlarının dur tələbinə məhəl qoymayıb. DYP əməkdaşları həmin sürücünü Qobustan qəsəbəsi ərazisində saxlayıb. Lakin bu zaman polis əməkdaşlarının qanuni dur tələbinə məhəl qoymayan sürücü polis əməkdaşlarını təhqir etməklə yanaşı, nəqliyyat vasitəsini magistral yolun tən ortasında saxlayaraq avtomobillərin hərəkətinə mane olub. Nəticədə yolda uzun tıxac meydana gəlib”.

Rəsul Hümbətovun sözlərinə görə, yük maşını sürücüsünün Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlər tamamilə yalandır: “Olay vaxtı nazirliyin əməkdaşları ümumiyyətlə hadisə yerində olmayıblar. Münaqişə yol patrul xidmətinin əməkdaşları ilə yük maşını sürücüsü arasında olub”.

Son günlər Nəqliyyat Nazirliyi ilə Dövlət Yol Polisi əməkdaşlarının yük maşınlarına qarşı keçirdiyi birgə reyd barədə danışan  şöbə rəisi bildirib ki, normadan artıq yük götürərək yola ziyan vuran, qəza şəraiti yaradan sürücülərə qarşı qanuna müvafiq olaraq tədbir görülür: “Yanvarın ayından başlayan reydlər hələ də davam edir. Nəqliyyat naziri Ziya Məmmədovun tapşırığına əsasən 2014-cü ilin ilk ayından gücləndirilmiş iş rejiminə keçmişik. Aparılan reydlərin nəticəsi olaraq deyə bilərəm ki, magistral yollarda normadan artıq yük daşıyan nəqliyyat vasitələrinin sayı azalıb. Bu da sevindirici haldır”.

Şöbə rəisi vurğulayıb ki, Nəqliyyat Nazirliyi sürücülər arasında apardığı  maarifləndirmə işlərini də gücləndirib.

“Maşını polisin üzərinə sürürlər”

Ötən gün Qaradağ rayonunda Nəqliyyat Nazirliyinə məxsus postda olub, sürücülərin narazı olduğu çəki prosesi ilə yaxından tanış olduq. “85 saylı Yolistismarı” MMC-nin nəzarət şöbəsinin əməkdaşlarının sözlərinə görə, yük avtomobilləri Nazirlər kabinetinin qərarı ilə onlara tətbiq olunan maksimum yük standartına əsasən yoxlanılır. Yük maşını sürücülərinin Nəqliyyat Nazirliyinin əməkdaşlarına tabe olmamaq halları çoxaldığından avtonəqliyyat vasitəsini saxlayaraq tərəzidə çəkilməsi prosesində Dövlət Yol Polisinin Qaradağ və Nəvahidə yerləşən postlarının əməkdaşları yaxından iştirak edirlər.

“85 saylı Yolistismarı” MMC-nin nəzarət şöbəsini rəisi Rəsul Hümbətov deyir ki, yük maşınlarının tərəzidə çəkilməsi çox qısa bir vaxt alır: “Yük maşınları saxlanıldıqdan sonra postdakı tərəzinin üzərindən hərəkət etmələri tələb olunur. Hər şey kompüterlə avtomatlaşdırılmış qaydada aparılır. Biz çəki prosesinə hər hansı bir müdaxilə etmirik. Bütün bu proses tərəfimizdən video kamera vasitəsi ilə çəkilir. Çünki bəzən narazı sürücülər Nəqliyyat və Daxili İşlər Nazirliklərinin “qaynar xətti”nə zəng vuraraq şikayətlənirlər. Bu zaman biz həmin sürücüləri postda dəvət edirik və tərəfimizdən çəkilmiş video görüntüləri ona göstəririk. Heç bir sürücüyə qarşı ayrı seçkilik olmur. Qanunun tələbi ilə biz öz vəzifə borcumuzu yerinə yetiririk”.

Bəzi yük avtomobili sürücülərinin nəqliyyat müfəttişlərinə və yol polisi əməkdaşlarına tabe olmayaraq avtonəqliyyat vasitəsini onların üzərinə sürdüyü  deyən şöbə rəisi vurğuladı ki, həmin sürücülərə qarşı qanuna müvafiq olaraq sərt tədbir görülür: “Burda məqsəd təkcə yolu mühafizə etmək deyil. Mişar daşı, qum, çınqıl və digər tikinti materialları qəbul olunmuş təhlükəsizlik tədbirlərinə uyğun daşınmır. Bu zaman yola dağılan sözügedən tikinti materialları xüsusilə  sutkanı qaranlıq vaxtlarında avtomobil qəzalarının yaranmasına səbəb olur. Bu halların səbəb olduğu qəzalar  zaman insanlar günahsız yerə həyatlarını itirirlər. Çox təəssüf ki, biz bunu bəzi yük maşını sürücülərinə başa sala bilmirik. Yanvar ayında bəri keçirilən reydlər zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı yüzlərlə sürücü cərimələnib. Sürücüləri başa düşürük, işləməli evlərinə çörək aparmalıdırlar. Bəzən əməkdaşlarımız sürücünü saxlayan zaman onun yuxulu olduğu aşkarlanır. Sürücü deyir ki, bəs cərimə yazmayın  maşınım bankda girovda olduğu üçün gecə-gündüz çalışmaq məcburiyyətindədir. Həmin sürücülər həm özlərinin, həm də başqalarının həyatlarını təhlükə altına atırlar”.

“Bir ay dayanmadan işləməliyəm ki...”

Reydlərlə bağlı yük maşını sürücülərinin də mövqeyini öyrəndik.  Onların bu məsələyə münasibəti birmənalı olmadı. “KamAZ” sürücü Akif İbrahimov reydləri dəstəklədiyini söylədi: ““Shacman”lar çıxandan biz bu problemlərlə üzləşirik. Atalar demişkən qurunun oduna yaş da yanır.  Həmin maşınlar normadan artıq yük daşıyır. Çin istehsalı olan bu maşınlar az qalsın 3 “KamAZ” qədər yük götürür.  Bu maşın yolu dağıdır, qəza şəraiti yaradır, əyləc sistemində olan problemə görə isə, bəzən ölümlə nəticələnən qəzalara yol açır”.

Bir başqa sürücü Əli Hüseynov isə bildirdi ki, işbazlara görə, saxlanılmaların doğru sayımır: “Bizim də vaxtımız gedir. Mən ayda 1300 kredit verirəm. Bir ay dayanmadan işləməliyəm ki, bu pulu düzəldim. Çalışıram özüm yükə nəzarət edim.  Mənim şikayətim yol polisi tərəfindən yersiz saxlanılmağımızdır”.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin əməkdaşları Yol Polisi ilə birlikdə yanvar ayından respublika ərazisində yükdaşımalara qarşı reydlər keçirir. Nazirlikdən verilən məlumata görə, ölkə yollarında yük avtomobillərinin həddən artıq yüklənməsinə qarşı ciddi tədbirlər görülür. Nazirlik əməkdaşlarının radikal tədbirlər görməyi isə, son vaxtlar həddən artıq yüklənmiş avtomobillərin yolları dağıtması olub. Yollarda tərəzilərin qoyulmasına baxmayaraq, belə maşınlar hələ də hərəkət edir, qəzalar yaradır və yollara böyük zərər vururlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
3

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
107

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
78

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
86

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
145

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
94

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
129

23 avqust tarixinə AMB-nin valyuta məzənnələri

23

Avqust
09:35
İQTİSADİYYAT
99
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 12:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru