Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2014
21:15
Yol polisindən evakuatorlarla bağlı açıqlama
Sürücülər evakuatorların avtomobillərə vurduğu maddi ziyana görə məhkəmələrə müraciət etməlidir

Azərbaycanda daşıma, yükləmə və ya təxliyyə zamanı hər hansı nəqliyyat vasitəsinə zərər yetirilərsə, vətəndaş bununla bağlı mütləq mülki qaydada məhkəməyə müraciət etməlidir. Bundan sonra ona dəymiş zərər ödənilir. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, əgər belə hallar baş verirsə, buna görə daşımanı həyata keçirən təşkilat və ya şirkət məsuliyyət daşıyır: "Belə səhlənkarlığa yol verildikdə buna görə evakuasiya xidmətini həyata keçirən şirkət məsuliyyət daşıyır. Ola bilsin ki, həmin şirkət müqavilə əsasında xidmət göstərir və daşınmaya görə də cavabdehdir".

Şöbə rəisinin sözlərinə görə, bir sıra hallarda məhkəməsiz də keçinmək mümkündür: "Daşımanı həyata keçirən təşkilat tərəfindən maddi ziyanın vurulması təsdiqlənərsə və həmin təşkilat bu zərəri ödəməyə razı olarsa, o zaman heç məhkəmə qərarı olmadan da vurulan zərərin miqdarı müəyyənləşdirilib həmin şəxsə ödəniləcək. Bundan əlavə, həmin nəqliyyat vasitələri icbari qaydada şığorta olunub. Yəni dəymiş ziyan sığorta şirkətləri tərəfindən də ödənilə bilər".

K.Əliyev həmçinin qeyd edib ki, avtomobillərin evakuatorla təxliyyəsi zamanı nəqliyyat vasitələrinə dəymiş ziyana görə yol polisi heç bir məsuliyyət daşımır: "Yol kənarında qanunla icazə verilməyən yerlərdə saxlanılmış avtomobillər yol polisinin çağırışı ilə təxliyyə olunur və həmin evakuatoru da əraziyə yol polisi çağırır. Lakin avtomobillərə maddi ziyanın dəyməsi ilə nəticələnən hadisələr zamanı yol polisi heç bir məsuliyyət daşımır. Yol polisi evakuatoru yalnız təxliyyə üçün çağırır. Təxliyyənin necə aparılmasına görə isə onu həyata keçirən təşkilat məsuliyyət daşıyır".

BDYPİ-nin sözçüsü belə halların baş verməməsi üçün sürücülərə məsləhət də verib: "Əgər kimsə fikirləşirsə ki, avtomobili təxliyyə olunarkən nədənsə zərər görə bilər, onda yaxşısı budur ki, ümumiyyətlə, nəqliyyat vasitələrini qadağan olunmuş ərazilərdə saxlamasınlar. Yəni belə hallardan çəkinən sürücülər əvvəlcədən işini ehtiyatlı tutmalı, avtomobilini yeraltı və yerüstü dayanaqlarda saxlamalıdırlar".

Qeyd edək ki, bir sıra hallarda avtomobillərin evakuasiyası zamanı səhlənkarlıq ucbatından nəqliyyat vasitələrinə müəyyən ziyan vurulur. Evakuatorun qarmaqları təxliyyə olunan avtomobilə bənd edilərkən bəzən avtomobillər cızılır, onların təkər və ox sistemi zədələnir. Hətta elə hal olur ki, evakuatora qaldırılan avtomobil yolun qırağında saxlanılan digər avtomobilin üzərinə və ya yerə aşır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43386

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42777

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48294

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 18:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru