Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2014
16:14
Millət vəkili Məzahir Pənahovu məhkəməyə verdi

FaktXəbər-in məlumatına görə, Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MSK-ya ünvanladığı üç sorğusuna cavab verilməsi üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun üzərinə öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarılmasını xahiş edib. Partiya sədrinin imzaladığı iddia ərizəsində deyilir:

Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi üçün tərəfimdən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına 3 dəfə eyni məzmunlu deputat sorğuları təqdim edilmişdir. Qeyd olunan sorğular cavabdeh təşkilat tərəfindən qəbul edilib, lakin bu günədək onlara qanunsuz olaraq cavab verilməmişdir. 

Hər şeydən əvvəl, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Qeyd olunan konstitusion müddəa bir sıra qanunvericilik aktları ilə konkretləşdirilərək tənzimlənmişdir.

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 10-cu maddələrinə əsasən, deputat sorğusu vermək Azərbaycan Respublikası Milli Məclisinin deputatının həm səlahiyyəti, həm də hüququ kimi nəzərdə tutulmuşdur.

Adı çəkilən Qanunun 10-cu maddəsinə əsasən, deputat öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə, Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər.

eputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.            Hətta deputat kimi deyil, bir vətəndaş kimi müraciət etmiş olsam belə Mərkəzi Seçki Komissiyası “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini rəhbər tutaraq mənim müraciətimə ən geci 1 ay müddətində əsaslandırılmış cavab verməli idi. Göründüyü kimi, Mərkəzi Seçki Komissiyası deputat sorğusuna cavab verməməklə, yəni öz hərəkətsizliyi ilə qanunvericilikdə nəzərdə tutulmuş  öhdəliyini icra etməmiş, bununla da mənim deputat statusumun təminatı olan səlahiyyətlərimin həyata keçirilməsinə suni maneə yaratmışdır.

Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə “Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi barədə” tərəfimdən təqdim edilmiş üç sorğuma cavab verilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarasanız.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
369

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 18:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru