Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2014
11:13
Avtobus sürücülərimiz ingilis dilini öyrənəcək

Bu gün sərnişinlərin böyük əksəriyyəti avtobus sürücülərindən narazıdır, çünki onlarla bağlı etikadan kənar məqamlar çox baş verir. Məsələn sürücülərin telefonla danışa-danışa, siqaret çəkə-çəkə avtobusu idarə etməsilə tez-tez rastlaşmaq olar. Hətta avtobusu qapıları açıq idarə edənlər də az deyil. Avtobusların iştirakı ilə baş verən qəzaların çoxluğu da sürücülərin peşəkarlığının aşağı səviyyədə olmasından, yol hərəkəti qaydalarını bilməməsindən və son vaxtar artan templə müşahidə edilən sürücü mədəniyyətinin yoxluğundan xəbər verir. Bu da özlərində etik davranışları formalaşdıra bilməyən sürücülər üçün kurslara ehtiyac olduğunu göstərir. Artıq Nəqliyyat nazirliyi sürücüləri xüsusi kurslardan keçdikdən sonra avtobusu idarə etməyə icazə verəcək. Bu isə vətəndaşların rahat və sağlam mənzil başına çatmasına şərait yaradacaq. Bəs paytaxt sakinləri sürücüləri necə görmək istəyir?

“Daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcək”. Bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirdi. Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov qeyd etdi ki, bu variant ona görə tətbiq olunacaq ki, işindən bezən, maaşı ilə razılaşmayan sürücü işindən getsə sabah bizdə kadr çatışmazlığı yaranmasın. Belə hallar baş verdikdə boş yerləri həmin sürücülük bazasından yararlanıb kurslarda kateqoriya alan sürücülər tutacaq.

Avtobus sürücüləri işə imtahanla qəbul ediləcəklər. Nəqliyyat nazirliyi sərnişinlərin də ürəyincə olacaq addım atır. Daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcək. Bu zaman “Avtomobil nəqliyyatı qaydaları haqqında qanun”nun tələb etdiyi müddəalar əsas götürüləcək.

Kurslarda sürücülərə yol hərəkəti qaydaları ilə yanaşı etik normalar da öyrədiləcək. Avtobus sürücüsü olmaq istəyən 21 yaşını tamamlamış, 3 il sürücülük təcrübəsi olan və D kateqoriyalı sürücülük vəsiqəsi olan hər bir şəxs bu kurslarda iştirak edə bilər. Kurslar nazirliyin Dərnəgül şossesində tədris kurs kombinatında təşkil ediləcək. Nazirlik həmçinin 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya oyunları ərəfəsində ictimai nəqliyyatda işləyən sürücülər üçün ingilis və rus dillərində xüsusi kurslar təşkil ediləcək. Bununla da sürücülərin xarici qonaqlarla rahat ünsiyyəti təmin edilmiş olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13522

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12202

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13620

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13204

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18569

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13073

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13196
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 16:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru