Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2014
15:47
`Səlahiyyətim olsaydı, Məleykə Abbaszadə ilə Mikayıl Cabbarovun yerini dəyişərdim`
Məhərrəm Zülfüqarlı: ”Kiçik bir qurum olan TQDK yalnız Təhsil Nazirliyini tənqid etməklə məşğuldur“

“Təhsil naziri Mikayıl Cabbarov vəzifəyə təyin olunduqdan bu günə qədər müəyyən yeniliklər etməyə çalışır. Lakin təhsil sistemi elə bir sistemdir ki, onun bütün problemlərini bir nəfəri dəyişməklə həll etmək mümkün deyil.” 

Bu sözləri FaktXeber.com-a tanınmış alim və ictimai xadim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, aprel ayının 20-də nazir vəzifəsinə təyin olunmasının 1 ili tamamlanan Mikayıl Cabbarovun fəaliyyətinə dair səsləndirilən tənqidlərə münasibət bildirərkən qeyd edib. Müsahibin sözlərinə görə, eks nazir Misir Mərdanov da təhsilin keyfiyyətini artırılmasını müəllimlərin əmək haqları ilə əlaqələndirirdi: 

“Misir Mərdanov bildirirdi ki, təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərin maaşını 800-1000 manat etmək lazımdır. Mikayıl Cabbarov nazir postuna gələndən sonra müəllimlərin maaşları deyilən səviyyəyə qaldırılardısa, indi hansısa keyfiyyətdən danışmaq olardı. Lakin gözləntilər tamamilə əks istiqamətdə inkişaf etdi. Belə ki, qiymətlər bahalaşdı, benzin 70 qəpik oldu. Bütün bunların müqabilində müəllimlərin maaşları seçki qabağı yalnız 10% artırıldı. Əslində qiymətlərin artması Mikayıl Cabbarovun dövründə vəziyyəti daha da gərginləşdirib. Səbəb isə müəllimlərin sosial problemləri ilə bağlıdır.” 

Müsahib onu da bildirdi ki, müəllimlərin əsas problemi olan əmək haqlarının artırılmasından danışan yoxdur: “Bu hal isə yalnız təəssüf doğurur. Baş verənlər fonunda kiçik bir qurum olan TQDK isə yalnız Təhsil Nazirliyini tənqid etməklə məşğuldur. Mənim əlimdə səlahiyyətim olsaydı, Məleykə Abbaszadə ilə, Mikayıl Cabbarovun yerini dəyişərdim. Ondan sonra maraqlı olacaqdı ki, görəsən Məleykə xanım mövcud maaşla təhsilin keyfiyyətini necə artıracaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
238

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
235

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
332

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
312

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
308

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 00:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru