Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2014
16:42
824
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin loqosu müəyyənləşib

FaktXəbər-in məlumatına görə, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərin yekunu ilə bağlı iclas keçirilib. Çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, ötən il əsaslı bərpa və yenidənqurumadan sonra Sumqayıt və Şamaxı Cümə məscidlərinin istifadəyə verilməsi, Qəbələ şəhərində Yeni Məscid kompleksinin açılışı, Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi İmam Rza məscidininin əsaslı təmir olunması, eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı din sahəsində əlamətdar tarixi hadisəyə çevrilib.

E. İskəndərov qeyd edib ki, 2013-cü ildə 12 dini icma dövlət qeydiyyatına alınmış, bununla da dövlət qeydiyyatından keçib dini qurumların ümumi sayı 588-ə çatıb. Həmçinin, 688 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb. Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 209 adda dini ədəbiyyat təqdim olunub, onlardan 4-də dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib.


Dövlət Komitəsinin sədri bildirib ki, DQİDK tərəfindən yaradılan Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmişdir. Həmçinin, Dövlət Komitəsinin bilavasitə təşkilatçılığı və dəstəyi ilə BMT, UNESCO və Avropa Parlamentinin mənzil-qərargahları da daxil olmaqla Azərbaycanda dini tolerantlığı əks etdirən beynəlxalq foto-sərgilər və konfranslar təşkil olunmuş, “Azərbaycan İslam incisi” layihəsi həyata keçirilib.

2014-cü il üçün DQİDK-nın əsas  fəaliyyət istiqamətləri barədə məlumat verən Elşad İskəndərov qeyd edib ki, Dövlət Komitəsi  əsasən din-dövlət münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn fəaliyyətin təkmilləşdirilməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, tolerantlıq ənənələrinin gücləndirilməsi eləcə də daxildə və xaricdə təbliğatı,  milli-mənəvi dəyərlərin gücləndirilməsi və inkişaf etdirilməsi, dini icmaların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məsələlərinə xüsusi önəm verəcək.

E.İskəndərov tədbirdə həmçinin DQİDK-nın loqosunun təsis edildiyini bildirib. Tədbirdə həmin loqonun təqdimatı da keçirilib

Loqo səkkizguşəli ulduz formasındadır. Ulduzun içində Azərbaycan Respublikasının Dövlət gerbinin elementi olan dua şəklində açılmış iki əllə əhatə olunmuş alov şəkli yer alıb. Həmçinin səkkiz guşə ni birləşdirən elementlər Azərbaycanda dini tolerantlığı və dinlər arasındakı münasibətlərin çoxşaxəliliyini göstərir.

Qeyd edək ki, iclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein və digər dini icma rəhbərləri Dövlət Komitəsinin ötən il gördüyü işləri yüksək qiymətləndirmişlər. Həmçinin, bildirilib ki, Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycanda dövlət-din münasibətləri sahəsində ciddi irəliləyişlər əldə edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
975

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2121

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2716

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
88

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
787

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4091

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
74

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1845

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2519

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3348

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2056

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1485

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2992
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru