Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2014
15:19
Naxçıvan sakininin polisin qarşısında özünü yandırdığı deyilir...

Naxçıvan şəhər sakini, 41 yaşlı Hüseyn Məmmədovun muxtar respublika Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırdığı deyilir.

Bu haqda AzadlıqRadiosuna yerli sakinlər məlumat verib.

Hüseyn Məmmədovun qardaşı Ramiq Məmmədov da deyilənləri təsdiq edir. Bununla belə o, hadisənin baş vermə səbəbinin ona məlum olmadığını deyir.

Ramiq Məmmədov bildirir ki, qardaşı  DİN-in qarşısında özünü yandırdıqdan sonra xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta ağır dəyərləndirilir. Onun dediyinə görə, Hüseyn Məmmədov hazırda Naxçıvan Dəri Zöhrəvi Xəstəxanasında müalicə olunur.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şahidlərdən birinin bildirdiyinə görə, Hüseyn Məmmədov DİN-də mübahisə etdikdən sonra özünü yandırıb:

«Hüseyn neçə vaxtdır iş tapa bilmirdi. Məcbur olub şəxsi avtomobilindən taksi kimi istifadə etmək istəyirdi, buna da polislər imkan vermirdi. Deyirdilər ki, get «Lifan» al, DYP-də göy nömrə al sonra. Onun da pulu yox idi. Bir neçə dəfə nazirin qəbulunda olmuşdu. Fevralın 11-də bir də getdi nazirliyə. Çıxdı, üzərinə benzin tökdü, özünü yandırdı».

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə Hüseyn Məmmədovun özünü yandırması və onlara yönəlik iddiaları rədd etdilər.

Nazirliyin Məmmədov soyadlı əməkdaşı:

«Burada belə bir hadisə baş verməyib».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48105

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46152

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47820

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47411

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52963

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 06:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru