Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2014
16:05
Azərbaycan Silahlı Qüvvələri üçün `Anka` pilotsuz uçuş aparatı

Azərbaycan Türkiyənin TAİ şirkəti tərəfindən istehsal olunan "Anka" pilotsuz uçuş aparatının (PUA) texniki imkanlarını öyrənir. Bu barədə APA-ya TAİ şirkətindən məlumat verilib.

Türkiyədə layihə üzrə işlər yekunlaşdıqdan sonra Azərbaycan tərəfi qiymətləndirmə apararaq, PUA-nın şəraitə uyğunluğunu öyrənəcək. Bundan sonra alğı-satqı məsələsi ilə bağlı tərəflər arasında görüş keçiriləcək.

Hazırda istehsalçı şirkət PUA-nın havada qalma müddətinin 24 saata çatdırılması istiqamətində işlər aparır.

Azərbaycan tərəfi eyni zamanda «Anka»nın üzərində işlər aparılan silahlı versiyası ilə də yaxından maraqlanır. Hər iki modifikasiya barədə dekabr ayında TAİ şirkətinə səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinə məlumat verilib.

Qeyd edək ki, bu gün Bakıda TAİ şirkətinin nümayəndələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri üçün «Anka»nın təqdimatı keçirilib.

Azərbaycan mütəxəssislərinin sualları cavablandırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19787

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18392

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19742

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19313

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24856

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19311

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19451
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 05:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru