Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2014
15:47
İlyas İsmayılov Məzahir Pənahova səsləndi

FaktXəbər-in məlumatına görə, Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı, hüquq elmləri doktoru İlyas İsmayılov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktubla müraciət edib. Məktubda deyilir ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisinə deputat seçilməsini yasaqlayır: “Bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olur, bəziləri hətta, iki və daha artıq vəzifə tuturlar. Bunlar universitet rektorları, səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə nəzərdə tutulur ki, ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərliyi rektor həyata keçirir, dövlət ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin olunur və vəzifəsindən azad edilir, rektor əvəzçiliklə təyin oluna bilməz. Başqa sözlə, ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz.

Milli Məclisin deputatı olan səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin, digər dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərlərinin fəaliyyətinin xarakterinə və əmək funksiyalarına münasibətdə də eyni fikirləri söyləmək olar. Həm də nəzərə almaq lazımdır ki, səhmdar cəmiyyətləri kommersiya təşkilatı hesab olunur. Kommersiya təşkilatı rəhbərinin fəaliyyətinin isə kommersiya və ya sahibkarlıq fəaliyyəti olması heç bir şübhə doğurmur.

Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.

Bütün bunları diqqətinizə çatdırmaqla Sizdən bir daha xahiş edirəm ki, Azərbaycan Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasının aradan qaldırılması üçün deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə məsələni Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxararaq müvafiq qərar qəbul edəsiniz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 19:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru