Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2014
11:23
Əbülfəs Qarayev Mədinə şəhərində Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransında iştirak edir

FaktXəbər-in verdiyi məlumata görə, 2013-cü ilin mədəniyyət paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir. Konfransda ölkəmizi Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

8-ci konfransın açılış mərasimində Ə.Qarayev 7-ci konfransın prezidenti kimi çıxış edərək İSESKO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib. Konfrans çərçivəsində "Mədəni hüquqların sülh və dialoqda rolu" sessiyasında isə Ə.Qarayev Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək son iki ildə Azərbaycan-İSESKO əməkdaşlığının inkişafından, həyata keçirilən birgə layihələr və gələcək perspektivlərdən bəhs edib.
Səfər çəçivəsində Nazir Ə.Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Othman Altvaijri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə görüşlər keçirmişdir. Ə.Qarayev həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üvzü Mədinənin əmiri Feysəl bin Salman Əl Saud ilə də görüşüb.

Tədbir yanvarın 23-nə kimi davam edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16998

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17047

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16640

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22055

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16551

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16670
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 11:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru