Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2013
12:04
950
Baş Prokurorluq Qəbələdəki silahlı insidentlə bağlı məlumat yaydı

Dekabrın 13-də saat 17 radələrində Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsində yerləşən “Qəbələ” Ticarət Mərkəzinin qarşısında baş vermiş münaqişə zəminində rayon sakinləri - 1968-ci il təvəllüdlü Eldar Kərimovun və 1969-cu il təvəllüdlü Vasif Dadaşovun qəsdən öldürülməsi, 1987-ci il təvəllüdlü Zöhrab Cavadovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXəbər-ə verdiyi məlumata görə, rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, “Vinçester” tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülüb, zəruri ekspertizalar, o cümlədən  məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadənin qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi “Vinçester” tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
142

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
279

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
243

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
72

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
42

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
70

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 23:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru