Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2013
20:35
Tovuzdakı bıçaqlanmanın səbəbləri bəlli oldu

Tovuz rayon Aşağı Quşçu kəndində bıçaqlanma hadisəsi barədə xəbər vermişdik. Xəbərdə bildirilirdi ki, 75 yaşlı Elxan Mehralıyev öz həmkəndlisi Məmmədov Arzuman Namiq oğlu tərəfindən bıçaqlanıb. İki bıçaq yarası alan kənd sakini Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər xəstəni dərhal əməliyyat edib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Kənd sakinlərinin FaktXəbər-ə verdiyi məlumata görə, Elxan Mehralıyev örüş yerində heyvan otarırmış. Bu vaxt Arzuman Məmmədov ona yaxınlaşır və onların örüş yerində olan sığınacaqlarında oturmağı təklif edir. E.Mehralıyev isə ona heyvanın doyduğunu, evə getməyə hazırlaşdığını söyləyib. Daha sonra isə üzünü əks tərəfə çevirib. Elə bu vaxt cinayətkar qəfildən cibindən çıxardığı bıçaqla 75 yaşlı kişini vurub. Onlar bir qədər əlbəyaxa olduqdan sonra bir qədər yol da gediblər. Mehralıyev Arzumandan onu niyə vurduğunu soruşduqda, o, 500 manat pul istədiyini söyləyib. Mehralıyev isə niyə bunu əvvəlcədən istəmədiyini soruşduqda, Arzuman qaçıb.

Cinayətkar ağsaqqala 8 bıçaq zərbəsi vurub.

Cinaəytkar artıq saxlanılıb və hadisənin dəqiq başvermə səbəbləri Tovuz rayon polis şöbəsində araşdırılır

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6720

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5554

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7086

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7077

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9842

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6792
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 04:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru