
Azərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cərimələr artırılacaq. FaktXəbər-in Hüquq.TV-yə istinadən verdiyi məlumata görə, bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 296-1 (Avtoxuliqanlıq) maddəsinə dəyişiklik edəcək.
Dəyişikliklə avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək (hazırda bu məbləğ 400 manatdan 600 manata qədərdir) miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1000 manatadək (hazırda bu məbləğ 600 manatdan 800 manata qədərdir) miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.
Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə daxil olmuş qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı