Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2013
14:16
1708
Sumqayıt teatrı ilə bağlı prokurorluqda araşdırmaya başlanılıb
Bu günlərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürovdan mediaya şikayət daxil olub

Belə ki, həmin teatrda səs rejissoru kimi çalışan Anar Süleymanov teatrın direktorundan Sumqayıt şəhər Prokurorluğuna şikayət edib. A. Süleymanovun iddiasına görə teatrın rəhbəri Mehman Şükürov tamaşaların hazırlanması üçün ayrılan vəsaitlərdən mənimsəmə hallarına yol verib. Bununla yanaşı, teatr rəhbəri adı olub, özü olmayan şəxslərə əməkhaqqı yazmaqda günahlandırılır.

Qeyd edək ki, Anar Süleymanov Azərbaycan Respublikasının xalq artisti Məzahir Süleymanovun oğludur.

Məsələ ilə bağlı Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürovla əlaqə saxladıq. Teatrın direktoru ondan Sumqayıt şəhər Prokurorluğuna şikayət edilməsi faktını təsdiqlədi və bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır: “Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi müvafiq araşdırmalar apardı. Hazırda mənim haqqımda olan şikayətlə bağlı Sumqayıt şəhər Prokurorluğu araşdırma aparır”, - deyən M. Şükürov məsələ ilə bağlı əlavə şərh vermək istəmədi.

Şikayətçi tərəf olan teatrın səs rejissoru Anar Süleymanov isə deyir ki, noyabrın 5-də Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova teatrın direktorunun qanunsuz əməlləri ilə bağlı şikayət ərizəsi ilə müraciət edib. Səs rejissoru ərizəsinə jurnallardan çəkilmiş fotolar da əlavə etdiyini qeyd etdi. Onun sözlərinə görə, teatrda “ölü canlar” da var: “Bu o deməkdir ki, adları ştat cədvəlində olan şəxslər var ki, onları heç kim tanımır və dövlətdən əmək haqqı alırlar. ”

A.Süleymanov əlavə etdi ki ki, teatrın rəhbəri fəaliyyətində çoxsaylı qanun pozuntusuna yol verib: “Dövlət sifarişi əsasında hazırlanan tamaşalarda daha çox bu kimi neqativ hallara yol verilir. Əgər hansısa bir materialın qiyməti 10 manatdırsa, o 50 manat dəyərində göstərilir”.

Məsələ ilə əlaqədar Sumqayıt şəhər Prokurorluğu ilə də əlaqə saxladıq. Qurumdan “Xəbərlə” yə Sumqayıt teatrının rəhbəri ilə bağlı şikayətin daxil olduğunu təsdiqlədilər. Bildirildi ki, iş müstəntiq Vüqar Əhmədli tərəfindən icraata götürülüb və hələlik təhqiqat aparıldığından əlavə məlumat verə bilmərik. /Xeberle.com/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Şərhlər
Anar tərəfindən 28-01-2014 07:43:10 tarixində yazıldı
Mən direktorun yerində olsaydim özümə iş axtarardim...
Indi iş Baş Prokurorlugunun yanında karrupsiya qarşı mübarizə idarasindədir.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 07:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru