Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2013
20:43
Müdafiə Nazirliyi hərbi hissəni tərk edən əsgərlə bağlı xəbərləri yalanladı

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də hərbi hissəni özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadənin yaralı vəziyyətdə tapılması ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-də xəbər yayılmışdı ki, əsgər C.Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə tapılıb.
Xatırladaq ki, 19 yaşlı əsgər xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
120

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
110

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru