Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2013
13:36
Gülər Əhmədova: `Bir dəfə də intihara cəhd etdim`

Sabiq deputat Gülər Əhmədovanın intihara cəhd etməsi ilə bağlı bu il aprelin 17-də AzNews.az-ın yazdığı məlumatı bugünkü məhkəmə prosesində təsdiqləyib.

Sabiq deputat vəkili Raqif Mustafayev vasitəsilə bu məlumata dərhal münasibət bildirən G.əhmədova“İslama görə, intihar edənin məkanı cəhənnəmdir. Hər namazımda Allahdan məni əməl dəftəri sağ əlinə verilənlərdən olmağımı təvəqqe edirəm. Mən heç vaxt intihar etməyəcəyəm. Bunu gözləyənlərin arzusu ürəyində qalacaq. Ölüm Allahın əmridir. Zamanı çatanda hamı Allahın dərgahına yollanacaq. Amma həyatı çox sevirəm. Hələ oğullarımın toyunu görmək, nəvələrimi böyütmək arzusundayam. Inşallah, hər şey aydınlaşacaq. Kimin kim olduğunu Allah öz qeybindən bildirəcək” deyə bildirmişdi.

Bir neçə ay əvvəl dediklərini isə G.Əhmədova bugünkü məhkəmə prosesində təkzib edib. İntihara cəhd etdiyini təsdiqləyən G.Əhmədova “Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Gözləmədiyim insanlardan gözləmədiyim reaksiyalar gördüm. Bir dəfə 24 saat insult keçirdim. Bir dəfə də intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım” deyə bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
342

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 15:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru