Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2013
11:45
Noyabr ayı üçün hava haqqında məlumat

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir dərəcə yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 14-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-7 dərəcə isti, ayın ikinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, ayın ikinci yarısında 7-10 dərəcə isti gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17, bəzi günlərdə 6-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 4-8 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 2-6, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5, gündüzlər 13-18, bəzi günlərdə 6-11 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52912

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51127

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52558

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52240

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57697

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51906

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 09:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru