Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2013
11:19
1334
Kılıçdaroğlu ABŞ-da Qarabağdan danışacaq
“Bakıda səfir olmuş müavinim Faruk Loğoğlu Azərbaycanın məruz qaldığı haqsızlığı yaxşı bilir və prosesləri daim yaxından izləyir”

”ABŞ-a səfərimiz zamanı Qarabağ məsələsini məmnuniyyətlə gündəmə gətirərik”. Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib.
 
K. Kılıçdaroğlu Türkiyə prezidentinin 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə verdiyi ziyafətdə APA-nın “Noyabrın 30-da ABŞ-a səfəriniz zamanı rəsmi dairələrlə görüşlərinizdə Azərbaycanın erməni işğalı altındakı torpaqları və Qarabağ məsələsini gündəmə gətirməyi düşünürsünüzmü?” -  sualını belə cavablandırıb: “Azərbaycan bizə qardaş ölkədir. Biz bütün platformalarda Azərbaycanın məruz qaldığı haqsızlığı gündəmə gətiririk. ABŞ-a səfərimiz zamanı da Azərbaycanın erməni işğalı altındakı torpaqları və Qarabağ məsələsini gündəmə gətirəcəyik. Mənim xarici məsələlər üzrə müavinim Faruk Loğoğlu Bakıda və Vaşinqtonda səfir işləyib, Türkiyə Xarici İşlər Nazirliyinin icra aparatına rəhbərlik edib. Ona görə də Azərbaycanın məruz qaldığı haqsızlığı yaxşı bilir və prosesləri daim yaxından izləyir. Bununla bağlı təklif və qeydlərinizi Faruk bəyə verməyinizi xahiş edirəm. Hörmətli Loğoğluyla problemin son durumunu ətraflı şəkildə dəyərləndirəndən sonra ABŞ-a səfərimiz zamanı rəsmi görüşlərimizdə Azərbaycanın işğal altında olan torpaqları və Qarabağ məsələsini mütləq gündəmə gətirəcəyik”.
 
CHP lideri K. Kılıçdaroğlu iqtidara gələn kimi Azərbaycan torpaqlarının ən qısa müddətdə işğaldan azad edilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini və Türkiyə-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə yüksəldəcəklərini vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
73

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru