Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2013
15:21
Daxili İşlər Nazirliyi Qusardakı olayla bağlı açıqlama yaydı
"Polisə basqın edən silahlı qruplaşmanın üzvü Edik Rüstəmovun məhv edilib"

FaktXəbər-in məlumatına görə, Daxili İşlər Nazirliyi Qusarda keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərən qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib.

Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat tədbiri keçirilib, nəticədə silahlı müqavimət göstərən Edik Rüstəmov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oktyabrım 19-da keçirilən əməliyyat zamanı isə silahlı dəstənin digər üzvləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv ediliblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4945

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4038

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5681

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5714

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7233

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 18:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru