Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2013
13:50
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə
Nazirlər Kabineti sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydalarını dəyişdirdi

Nazirlər Kabinetinin qərarı ilə sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirilib. Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, 292 saylı bu qərar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına əsasən qəbul edilib.

Qərara əsasən Əsasnaməyə bir sıra dəyişikliklər edilib.

"Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə 4 nömrəli əlavə - "Təcrübi imtahanın keçirilmə Metodikası" üzrə 2.1-ci bəndinə əsasən bundan sonra nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul ediləcək.

Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bacarıqlarını bağlı meydançalarla yanaşı avtodromlarda göstərə biləcəklər.

İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış etməli olacaq.

Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bundan sonra müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsi ilə imtahan verəcəklər.

İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15577

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14257

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15686

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15269

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20642

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15154

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15309
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 15:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru