Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2013
12:32
Hərbi qulluqçulara ev veriləcək

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş daha 25 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib.

Maliyyə Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və Fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar. Qeyd olunmuşdur ki, komissiyanın qəbul etdiyi qərarlarda müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır.

İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, bu günə qədər Komissiya tərəfindən 462 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilmiş və artıq müvafiq mənzillər 213 hərbi qulluqçunun mülkiyyətinə verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45030

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46610

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46225

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51741

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45884

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 19:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru