Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2013
15:30
Ziyafət Əsgərovdan sərt açıqlama
“Heç bir sərhədi yoxdur, ay Ermənistan, bu ittifaqdan nə alacaqsan?”

"Mən şəxsən bir ölkənin parlamentinin vitse-spikeri kimi Ermənistanı dövlət hesab etmirəm, dövlət kimi tanımıram."
Bunu Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov qeyd edib ki, bu bəyanatı tam məsuliyyəti ilə səsləndirir: “Bu gün Ermənistan bütün atributları ilə bizim başa düşdüyümüz mənada dövlət yox, sadəcə, kimlərinsə əlində forpost olan bir qurumdur.

Hara istəyirlər, ora dartırlar, kim nə diqtə edirsə, onu deyir və sair. Yəni Ermənistanın müstəqil xarici siyasəti yoxdur ki, oturub onunla danışasan ki, beynəlxalq hüquq var, BMT-nin qəbul etdiyi qərar var, bunları görməyib hara gedirsiz?! Bu gediş qurtarandan sonra hara gedəcəksiniz?”

Z.Əsgərov Ermənistana ismarış da göndərib: “Sizin nə qədər problemləriniz var, iqtisadi vəziyyətiniz günü-gündən ağırlaşır. Hər il yüz minlərlə vətəndaşınız ölkədən qaçıb gedir. Pensiya siyasətiniz pis vəziyyətdədir. Xarici dövlət borcunuz bərbad gündədir. Daxili borclanma milyardları aşıb keçir. Ayılın! Bu vəziyyətə dövlət demək olmaz.

Əgər dövlət olsaydılar, oturub onlarla söhbət etmək olardı, amma təəssüf ki, reallıq başqadır. İndi Ermənistan gedib qoşulub Gömrük İttifaqına. Öz işidir, amma maraqlı orasıdır ki, Gömrük İttifaqına daxil olan ölkələrlə heç bir sərhədi yoxdur, quru yolu, dəniz yolu yoxdur. O zaman, ay Ermənistan, bu ittifaqdan nə alacaqsan? Kimin ərazisindən istifadə edəcəksən? Biz başa düşürük ki, bütün bunlar hamısı oyunlardır”./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67459

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64882

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66721

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65980

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71633

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65809

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2021 13:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru