Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2013
15:03
1353
Baş Prokurorluq Milli Şuranın sabahkı mitinqi ilə bağlı məlumat yayıb

Milli Şuranın sabah Bakının Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyi mitinqlə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mitinq zamanı toplantının təşkilatçıları və iştirakşıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq və kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
142

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
279

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
243

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
72

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
42

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
70

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
47
Şərhlər
nazli abbasova tərəfindən 22-09-2013 14:34:07 tarixində yazıldı
sual
bu veziyyet de mitinq zeruri dir??
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 23:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru