Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2013
10:02
1486
Qızıl medalçılar arasında 140 bal toplayan da varmış...

Gözləyək görək, Təhsil Nazirliyi məsələyə nə münasibət bildirəcək...  

Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında yeni qalmaqalın əsası qoyulub. Belə ki, dünən ANS-ə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə nazirliyin bu il yaxşı oxuduqları üçün qızıl medallarla təltif etdiyi bəzi məktəblilərin qəbul imtahanları zamanı aşağı nəticələr göstərdiyini söyləyib. O, həmçinin medal alanlar içərisində, məsələn, 499, 534, 333, 473, 408, 403, hətta 140 bal toplayanların olduğunu və onların siyahısının Təhsil Nazirliyinə göndərildiyini də bildirib.

Xatırladırıq ki, Təhsil Nazirliyində baş verən “qızıl medal” rüsvayçılığı ilə bağlı ilk dəfə bir neçə gün öncə tanınmış təhsil eksperti Nadir İsrafilov maraqlı yazı dərc etdirib. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin yazıda qəbul imtahanı zamanı 473 bal toplayan Qədirli Fəridin müəmmalı şəkildə “qızıl” medal alması haqqında söhbət gedirdi. Bildirilirdi ki, Fəridin atası Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, anası isə məzunu olduğu 164 saylı məktəbin direktoru Kəmalə Qədirovadır. Bununla belə, ehtimal olunurdu ki, onun qızıl medal almasında valideynlərinin müstəsna “rolu” olub.
Həmişə cəmiyyətə açıq olan TQDK “medalçılar” barədə öz sözünü dedi. İndi qalır, Təhsil Nazirliyinin məsələyə münasibəti... 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1132

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
313

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 23:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru