Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2013
17:40
Azadlıqda olan Hacı İlham Əliyev həbsxanadan nə danışır?
“Sələfilər hicab məsələsində bizə haqq verirdilər, özlərini isə günahkar bilirdilər”

Qanunsuz odlu silah saxlmaqda ittiham olunaraq, 1 il 6 ay müddətində həbs cəzası almış Azərbaycan Ruhanilər Məclisinin üzvü, ilahiyyatçı alim Hacı İlham Əliyev bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 16 saylı cəza çəkmə müəssəsindən azadlığa buraxılıb.

Həbs müddətində bir ruhaninin hansı düşüncələrə sahib olduğu yəqin ki, FaktXəbər oxucuları üçün də maraqlıdır.

- Hacı, necə qarşıladınız həbsinizi, məhbəsdə bir ruhanini necə qarşıladılar?
- Bu həbs Allahın bir təqdiri idi. Ona görə də normal qarşıladım. Həbsxanada isə qarşılanma bir qədər fərqlidir. Necə olsa bir ruhani dəmir barmaqlıqlar arasına düşüb. Dostlar bir qədər narahat olurdular, amma sevinənlər də var idi ki, bir qədər fürsətdən istifadə edib bəhrələnsinlər. Bizim özümüzün Nəhcül-Bəlağə dərslərimiz olurdu, “Ənam” surəsinin təfsiri aparılırdı. İki namaz arasında əhkam dərsləri qoyulmuşdu, söhbətlər edilirdi.

- Sizin bu cür fəaliyyətinizə rəhbərlik səviyyəsində münasibət necə idi?
- Rəhbərlik səviyyəsində problemlərimiz yox idi. Yəni istər ibadi, istərsə də maarifləndirmə sahəsinə müdaxilə olunmurdu. Daim xoş münasibət bəsləyiblər. Çünki bu bir növ rəhbəriyyətin özünə də sərf edən bir işlər idi. Sakitçilik olur, zonda problem yaşanmır. İslamın qayda qanunlarına əməl edənlər daim münaqişədən kənar olurlar, qarışıqlıq yaratmırlar. Hətta dəfələrlə olub ki, həbsxananın kulubunda mənəvi-əxlaqi söhbətlər aparılıb. Bu cür tədbirlərdə, Ağəli qardaşımız, Kərbəlayi Elmar söhbətlər ediblər. Bir dəfə Qafqaz Müsəlmanları İdarəsindən Hacı Fuad dəvət olunmuşdu, məhbuslar onu dinləyiblər. Hazırda yüzdən çox ibadət edən var. Günorta və şam namazları da camaat namazı şəklində həyata keçirilirdi. Ramazan ayında da sübh namazı bu cür həyata keçirildi. Bunun üçün rəisə müraciət olundu ki, sübh dustaqlar imsaka qalxsınlar. Təbii ki, o da özündən yuxarı idarədən icazə aldı. Dustaqların ki, səhər saat 6-da qalxmaq vaxtıdır, Ramazan ayı ərzində oruc tutanlar bir qədər tez qalxırdılar. Məhz buna görə icazə alındı ki, vaxtından əvvəl qapılar açılsın, müəyyən olunmuş dustaqlar oruc tuta bilsinlər.

- Həbsxanada sələfi əqidəsinin daşıyıcaları da var idi yəqin, onlarla münasibətləriniz necə idi?
- İçəridə ümumiyyətlə möminlərə böyük ehtiram, hörmət var. Sələfi əqidəsinin daşıyıcıları da var idi, təxminən 20-25 nəfər. Onların da bizə münasibətləri müsbət yöndə idi, bəzən bəhslərimiz olurdu, amma onda da çalışırdıq ki, ədavətli bəhslər olmasın, səmimi fikir mübadiləsi aparaq. İbadi məsələlərdə də növbəlilik prinsipinə əməl olunurdu. Günorta əvvəlcə biz namaz qılırdıq, axşam isə onlar. Hətta mən bayıra çıxmamışdan bir gün əvvəl onların içəridə böyükləri ki var, gəldi bizim yanımıza söhbətlər elədik, çıxanda da xoşluqla yola saldılar.

- Hacı, hər halda həbsxanada olarkən dünyada baş verən proseslərə də nəzər salmamış deyilsiniz. Son zamanlar Suriyada Azərbaycandan olan sələfi əqidəsinin mənsublarının varlığından da yəqin xəbərdarsınız. Məhbus yoldaşlarınız olan sələfilərin bu münaqişəyə münasibəti necədir?
- Elə bir məxsusi mövqeləri yoxdur. Yəni çöldəkilər necə düşünürlər, içəridəkilər də eyni düşüncənin sahibləridirlər. Suriyadakı müharibəni haqqın batilə qarşı cihadı kimi dəyərləndirirlər. Döyüşənlərə haqq verirlər ki, elə belə də olmalıdırlar. Onlarda bu cür düşüncə hakimdir ki, “mən nə dedim, ona qulaq as.” Yəni xoşları gəlmirdi ki, onlara iqtida edib namaz qılasan, amma fərqli düşünəsən, etdikləri əməl barədə sual verəsən. Amma 10 ildir bu əqidənin daşıyıcısı olan şəxs həmin sualları bizə ünvanlayıb, aldığı cavabların müqabilində öz əqidəsini dəyişib, sıralarımıza qoşuldu.

- Bəs, ölkədəki hicab məsələsinə münasibətləri necə idi?
- Onlar  bu məsələdə bizi dəstəkləyirdilər və haqq verirdilər. Alqışa layiq hesab edirdilər. Amma nəyə görə etiraz etməmələri barədə suala cavabları yox idi. Etiraf edirdilər ki, buna görə günahkardırlar. Sadəcə deyirdilər, “biz hələ o həddə çatmamışıq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18784

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17382

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18787

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18307

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23871

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18296

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18435
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 16:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru