Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2013
11:42
2250
Milli Şuranın Qarabağ planı

Qarabağ komissiyasının sədri Cəmil Həsənli: «20 ildə 20 metr torpaq azad olunmayıb, cəmiyyət hakimiyyətin günahı üzündən Qarabağ prosesindən təcrid olunmuş vəziyyətdədir»

Milli Şuranın Qarabağ Komissiyasının sədri Cəmil Həsənli Qarabağ münaqişəsi ilə bağlı konsepsiya hazırlayacağını bildirib. Konsepsiya barədə fikirlərini “Azadlıq”a şərh edən Cəmil Həsənli deyir ki, ötən 20 il ərzində belə bir konsepsiyanı hazırlamaq, əslində, hökumətin borcu idi: “Təəssüf ki, nəzəri, tarixi və konseptual baxımdan indiyədək elə bir ciddi iş görülməyib.
Praktiki baxımdan da vəziyyət göz qabağındadır. Işğal prosesi 20 ildir davam edir və bu müddətdə 20 metr torpaq azad olunmayıb. Bütövlükdə cəmiyyət hakimiyyətin günahı ucbatından Qarabağ prosesindən təcrid olunmuş vəziyyətdədir. Bu, qapalı bir mövzu kimi, yalnız prezidentin kurasiyasında olan məsələ kimi təqdim olunur. Uzun illərdir yanaşma bundan ibarətdir. Lakin belə siyasət özünü doğrultmur. Hər hansı siyasət 5-10 il özünü doğrultmursa, onu davam etdirməyin mənası yoxdur. Yeni yol və yanaşma axtarmaq lazımdır. Bu baxımdan, təkcə Milli Şuranın deyil, dövlətin, cəmiyyətin Qarabağla bağlı aydın bir konseptual yanaşması olmalıdır”.
C.Həsənli 20 faizi işğalda olan bir ölkədə televiziyaların təqdim etdiyi bir sıra proqramların tamamilə yolverilməz olduğunu dilə gətirib. Professorun fikrincə, bütün bu proqramlar cəmiyyəti Qarabağdan uzaqlaşdırmağa xidmət edir. Eyni zamanda, beynəlxalq təşkilatların münasibəti də məsələni mövcud statusa uyğunlaşdırmağa yönəlib ki, Azərbaycan əhalisi işğal rejimilə barışsın: “Bu, tamamilə yolverilməz bir siyasətdir. Nəticə də Qarabağ mövzusunun cəmiyyət üçün 10-cu problemə çevrilməsidir. Indi hansısa bir şou-biznes nümayəndəsinin xəbərlərinə Qarabağdan daha çox maraq göstərilir. Bu, hakimiyyətin yeritdiyi siyasətin məntiqi yekunudur. Ona görə də Qarabağ məsələsinə münasibətdə bir dəyişiklik olmalıdır. Mən hələ Milli Məclisdə olanda dəfələrlə bu məsələni qaldırmışam ki, Qarabağla bağlı ya parlament komissiyası, ya da Prezident Administrasiyası yanında bir qurum yaradılmalı və bilavasitə bu işlə məşğul olmalıdır. Təəssüf ki, belə bir qurum yoxdur. Əslində, Qarabağ və işğal olunmuş torpaqlarımıza münasibətdə ölkənin içi və xarici üçün müvafiq yanaşma metodu işlənməlidir”.
Milli Şuranın komissiya sədri xatırladır ki, hələ 1900-cü ildə çar II Nikolayın yanındakı müşavirədə çıxış edən Qafqaz canişini knyaz Qalitsin 19-cu əsrin əvvəllərində Cənubi Qafqazı tərk edəndə burada cəmi 45 min erməni yaşadığını, indi isə onların sayının milyonu keçdiyini bildirib. Cəmil Həsənli Azərbaycan siyasəti, elmi, ictimai fikrinin məsələyə bu trayekitoriyanın cızılması nöqteyi-nəzərindən baxmalı olduğunu vurğulayır: “Qarabağın tarixi, etnik, demoqrafik dəyişikliklər istiqamətində də hakimiyyətin uğurlu işi yoxdur. Bu gün Qarabağla bağlı dövlət qurumlarının hazırladığı işi heç yerə çıxarmaq olmaz. Torpaqların işğaldan azad olunması üçün alternativ iş aparılmalı, məntiqli bir yol düşünülməlidir. Hazırda hakimiyyət bu yöndə heç bir iş görmür və ölkənin siyasi mühitində xüsusilə iqtidar partiyaları üçün Qarabağ sadəcə, unudulmuş bir mövzuya çevrilib. Qarabağ məsələsi təkcə Milli Şuranın deyil, ümumxalq, ümummilli bir məsələdir. Onun həlli də bütövlükdə ümumxalq yanaşması mövqeyi daşımalıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
612

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru