Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2013
12:20
Ziyafət Əsgərovdan prezident seçkiləri ərəfəsində müharibə xəbərdarlığı
"Prezident seçkiləri ərəfəsində Ermənistanın cəbhədə ciddi insidentlər törədəcəyini gözləyirik"

“Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Dağlıq Qarabağda Ermənistan tərəfindən ciddi insidentlərin törədilməsi istisna deyil. Onlardan bunu gözləyirik”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
 
O qeyd edib ki, istənilən halda bu, Azərbaycanda seçki prosesinin normal keçməsinə mane ola bilməyəcək: “Amma ermənilər artıq bilsinlər ki, necə təxribat törədəcəklərsə, elə də cavab alacaqlar. Azərbaycanın buna hər formada imkanı və gücü var. Hərbi parad keçirildi, Azərbaycan prezidenti də qəti olaraq bu barədə qeyd elədi. Kim bizim gücümüzü sınamaq istəyirsə, cavabını alacaq”.
 
Birinci vitse-spiker qarşıdan gələn seçki prosesi ilə bağlı onu da deyib ki, bütün məsələlər artıq tənzimlənib, avqustun birinci yarısından prosesə rəsmi start veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67459

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64882

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66721

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65980

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71633

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65809

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2021 14:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru